Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:59 "Sabah" "Barselona"ya məğlub oldu | 21:15 LUKOIL rəhbəri Azərbaycandakı layihələrdən danışdı | 21:05 Elgiz Əkbərin yeni verilişi ilə bağlı ARB-dən rəsmi açıqlama | 20:58 Noyabr ayının bütün sosial ödənişləri yekunlaşdırılıb | 20:47 "Sabah" - "Barselona": Komandaların start heyətləri açıqlandı | 20:39 İranda saxta spirtli içkidən 20 nəfər ölüb | 20:26 Bərdədə su çuxurundan qadın meyiti tapıldı | 20:14 Xalq artisti Elmira Şabanovanın dəfn yeri məlum oldu | 18:45 “Borcunu ödəməyənlərə görə biz niyə əziyyət çəkməliyik?!” | 18:34 Toya yazdırdığımız pul dəyərində yeməliyik? - 20 çeşid yemək məsələsi | 18:24 "Temu" ilə bağlı Dövlət Agentliyindən açıqlama | 18:03 Murad Süleymanov vəzifəsindən azad edildi | 17:25 14 yaşlı bacısı oğluna işgəncə verməkdə təqsirləndirilən falçının məhkəməsi: Zərərçəkmiş nələr danışdı? | 17:24 Gecələr işıqları yanmayan evləri hədəf alan şəxs saxlanıldı | 17:12 Bəzi rayonlara qar yağır - Faktiki hava | 17:00 Zəhmətin qiyməti 19 qəpik: Mövsümi işçilərin qazancı niyə bu qədər azdır? | 16:50 Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı | 16:38 Adına evi olan şəxslərin NƏZƏRİNƏ | 16:36 Milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisi məhkəmədən vaxt istədi | 16:30 Bakıda iki azyaşlı bacının vəfatı ilə bağlı rəsmi açıqlama |
Mojo.az Avto
Mojo.az Avto

Şamaxı sakinlərinə şad xəbər: Yeni su mənbəyi yaradılır

31.05.2019 18:34 1 948
Şamaxı sakinlərinə şad xəbər: Yeni su mənbəyi yaradılır
“Azərsu” ASC Şamaxı şəhərinin içməli su təchizatında dayanıqlılığa nail olunması məqsədilə yeni su mənbəyi yaradır.

Bununla bağlı “Azərsu” ASC-dən məlumat verilib.

Məlumatda bildirilib ki, qlobal istiləşmə və quraqlıq nəticəsində su mənbələrinin məhsuldarlığının azalması bir sıra bölgələrdə olduğu kimi, Şamaxıda da yay aylarında içməli su təminatında müəyyən çətinliklər yaradır.

Bütün bunlar nəzərə alınaraq Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Şamaxı şəhərinin sabit və etibarlı su təchizatı üçün yeni mənbənin yaradılmasına başlanılıb.

Dövlət büdcəsi hesabına icra olunan layihə çərçivəsində Ağsuçayın məcrasında 1734 metr uzunluğunda drenaj tipli suqəbuledici qurğu inşa edilir. Yeni yaradılan mənbədən şəhərə saniyədə 80-100 litr suyun verilməsi nəzərdə tutulur. Su mənbəyində hər birinin tutumu 500 kubmetr olan iki ədəd su anbarı, bir ədəd su nasos stansiyası inşa edilib.

Yeni su mənbəyindən Şamaxı şəhərinə içməli suyun verilməsi məqsədilə 19 km uzunluğunda magistral su kəməri tikilib. Şəhərin dayanıqlı su təminatı məqsədilə ümumi tutumu 5000 kubmetr olan dörd yeni su anbarı da inşa olunub.

Hazırda sugötürücü qurğuda tikinti işləri davam etdirilir. Mənbə istismara verildikdən sonra magistral kəmərlə Şamaxı şəhərinə içməli suyun verilməsinə başlanılacaq.

Son xəbərlər