Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |     17:58 Hikmət Hacıyev: Ermənistanda revanşizm hallarının artmasından narahatıq  |    
Mojo.az Avto
Mojo.az Avto

Təhsil nazirinin müavini: Müəllimlərin psixoloji problemləri var

30.05.2019 12:14 1 694
Təhsil nazirinin müavini: Müəllimlərin psixoloji problemləri var
Etiraf edirik ki, bu gün təhsil sistemində müəyyən problemlər mövcuddur. Bunun da obyektiv və subyektiv səbəbləri var.

Bunu Təhsil nazirinin müavini Firudin Qurbanov nazirliyin media nümayəndələri üçün keçirdiyi təlimdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, müəllimlərin, şagirdlərin psixoloji problemləri var:

“Ona görə də biz məsələyə həssaslıqla yanaşırıq. Nəzərə alırıq ki, Azərbaycanda 1 milyon 600 min şagird təhsil alır və hər birinin xarakteri ayrıdır. Həm də onlar formalaşmış xarakterlə məktəbə daxil olur. Çünki uşaqlarda xarakter 3-5 yaşlarında formalaşır və məktəb dövründə həmin uşaqlarla yaxşı məşğul olmadıqda, gələcək inkişafında problem ola bilər”.

Nazir müavini qeyd edib ki, məktəblərdə hər kəsə istənilən kimi tərbiyə vermək mükün olmur:

“Buna görə də məsələləri işıqlandıran zaman obyektiv araşdırma aparılsın ki, cəmiyyətdə çaşqınlıq yaranmasın. Nazirlik tərəfindən gərginliklərin aradan qaldırılması üçün xüsusi addımlar atılıb.

Bu yaxınlarda Cəlilabadda müəllimin şagirdə sataşması və döyülməsi barədə məlumat yayıldı. Məsələ araşdırılmadan yazıldı. Daha sonra məsələ barədə hüquq-mühafizə orqanları tərəfindən araşdırma başlanıldı. Bəzən xoşagəlməz hadisələri mətbuat birtərəfli təqdim edir. Düşünmürlər ki, məlumatlar sosial problemlər yarada bilər”.

//oxu.az

Son xəbərlər