Bakı-Qazax yolunda ağır yol qəzası: piyada öldü
Median.Az Trend-ə istinadən bildirir ki, hadisə Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun 87-ci kilometrliyində, Hacıqabul rayonunun Qızılburun kəndi ərazisindən keçən hissəsində baş verib.
Kənd sakini, 1972-ci il təvəllüdlü Nəzərov Zahid Niyyətxan oğlunu naməlum avtomobil vuraraq qaçıb.
Piyada hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
