Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

"Arsenal" və "Çelsi" azarkeşləri düşmən deyil" - Azad Rəhimov

17.05.2019 13:01 2 564
"Bura Avropadır. Bütün şəhərlər bu cür yüksək səviyyəli yarışları qəbul edə bilərlər".

Median.Az
qol.az-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov deyib. O, Bakının Avropa Liqasının final oyununa tam hazır olduğunu bildirib:

"İnanıram ki, şəhərimiz və qonaqpərvərliyimizi görəndən sonra hər kəs yenidən Bakıya gəlmək istəyəcək. Hava limanımız iki saat ərzində 7-10 min arası sərnişin qəbul etmək iqtidarındadır. Bu, Azərbaycan Hava Yollarından alınan rəsmi məlumatlardır. Əsas məsələ insanları aeroportda çox gözlətməmək, viza prosedurları zamanı vaxt itirməməkdir. Bütün bunlar bir nəfər üçün maksimum 25-30 saniyə ərzində həll ediləcək".

Nazir təhlükəsizliyin yüksək səviyyədə təmin olunacağı ilə bağlı da zəmanət verib: "Təhlükəsizlik xidmətinin əməkdaşları ilə xeyli təlimlər keçmişik. Meydandakı stüardlar istənilən problemi həll edəcək təcrübəyə sahibdirlər. Hazırda yalnız azarkeşlərin rahatlığı haqda düşünürük. Şəxsən mən hesab edirəm ki, "Arsenal" və "Çelsi" azarkeşləri düşmən deyillər, ona görə də Bakıda hər hansı problem olmayacaq".

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyununda "Arsenal" və "Çelsi" klubları qarşılaşacaqlar.скачать dle 11.3
Mojo.az Banner