Mojo.az Banner
20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |     19:42 Ağstafada müəllim yoldaşı ilə dalaşan qadın: "Məni telefonla çəkirdi" - Video  |     19:36 100-ə yaxın insanın zəhərləndiyi restoranın fəaliyyəti məhdudlaşdırıldı  |     19:29 Rusiya səfiri Moldova XİN-ə çağırılıb  |     19:25 Cəlilabadda ev yandı  |     19:05 Ermənistan MN-dən Zəngəzurdakı hadisə ilə bağlı açıqlama  |     18:52 Kütləvi qida zəhərlənmələri niyə baş verir? - AQTA-dan açıqlama  |     18:30 Bakının məşhur memarlıq obyektləri Çin bayrağının rənglərinə bürünəcək  |     18:22 Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ  |     18:13 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     18:11 Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - Rəsmi açıqlama  |     17:59 Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb  |     17:22 KMBİ-dən əməliyyat: 5 milyonluq onlayn kazino şəbəkəsinin üzvləri saxlanıldılar - Video  |     17:12 Azərbaycanda güclü zəlzələ oldu - Foto  |     13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |    
Mojo.az Avto
Mojo.az Avto

"Binəli özü rüşvət təklif edib” - DGK-dən CAVAB (VİDEO)

15.05.2019 17:11 2 344
Bəzi internet resurslarında əslən azərbaycanlı olan Gürcüstan vətəndaşı Binəli Osmanovun məktubuna əsasən gömrük orqanlarının fəaliyyətinə dair həqiqətə uyğun olmayan böhtan dolu məlumatlar yayımlanıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin açıqlamasında bildirilir.

"B.Osmanov mayın 4-də Gürcüstandan Azərbaycana gələrkən özü ilə gətirdiyi 5 litr çaxırın "Qırmızı Körpü" gömrük postunda gömrük əməkdaşları tərəfindən zorla əlindən alındığını, gömrükçülər tərəfindən ona və yaxınlarına qarşı kobud rəftar edildiyini iddia edir. Əslində həmin vətəndaş məktubunda qanunvericiliyin tələblərini pozduğunu özü etiraf edir.

Belə ki, Nazirlər Kabinetinin 305 nömrəli qərarına əsasən gömrük sərhədini keçən şəxs güzəştli qaydada, yəni hər hansı gömrük ödənişləri həyata keçirmədən yalnız 1,5 litr alkoqollu içkini ölkə ərazisinə gətirə bilər. Həmin şəxsin gətirdiyi alkoqollu içkinin miqdarı qanunvericilikdə müəyyən olunan həddi keçdiyi üçün gömrükçülər tərəfindən akt tərtib olunaraq müvəqqəti saxlanca götürülüb.

Bundan başqa, məlumatda gömrük orqanlarına qarşı bir sıra haqsız, eyni zamanda müəllif və yayımlayan şəxslər üçün qanun qarşısında məsuliyyət yaradacaq əsassız digər iddialar da irəli sürülür. Lakin DGK-nın Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi vasitəsilə aparılan araşdırma zamanı məlum olub ki, B. Osmanov gömrük bəyannaməsində özü ilə 1,5 litr alkoqollu içki və 15 kq ərzaq gətirdiyini bildirsə də, yoxlama zamanı avtomobildən 10 litr alkoqollu içki aşkar edilib. Bu fakt müvəqqəti saxlanca götürülən mallarla bağlı tərtib olunan aktda da öz əksini tapıb ki, bu da gömrük orqanlarına yalan məlumat verilməsi deməkdir.

Gömrük postunun ərazisində quraşdırılan kameralar vasitəsilə B.Osmanovun gömrük nəzarətindən keçmə prosesi videoyazıya alınıb. Aşağıda təqdim etdiyimiz videotəsvirlərdə gömrükçülərin ona qarşı hansı "nəzakətsiz davranış"lara və "kobud rəftara" yol verdiyini də ictimaiyyətin müzakirəsinə buraxırıq.

Üstəlik gömrük xidmətinin və gömrük əməkdaşlarının qanunsuz əməllərindən bəhs edən həmin şəxs istəyinə nail olmaq üçün gömrük əməkdaşına rüşvət də təklif edib. Belə ki, videotəsvirlərin 30-cu saniyəsindən etibarən davam edən hissəsində Binəli Osmanovun avtomobilin salonuna daxil olaraq oradan əlində sənədlə qayıtması və sənədin arasında pul əskinasını gömrük əməkdaşına vermə cəhdi və gömrük əməkdaşının da buna qəti etirazı aydın şəkildə öz əksini tapıb.

Təəssüfdoğurucu məqamlardan biri də odur ki, son zamanlarda bir sıra dırnaqarası media qurumları məqsədli şəkildə müxtəlif fiziki və hüquqi şəxslərin subyektiv, yalan iddialarına əsaslanaraq qarşı tərəfin rəyini öyrənmədən gömrük orqanlarının fəaliyyətinə kölgə salan məlumatlar yayımlamaqdadırlar və bu media orqanlarının yayım siyasətlərində və ya təfəkkürlərində əsaslı dəyişiklik etmələrinə ciddi ehtiyac var, - deyə açıqlamada qeyd olunub.

скачать dle 11.3
Mojo.az Banner