Mojo.az Banner
22:51 Avropada avtomobillərin emissiyası ölkədən-ölkəyə niyə dəyişir? – ARAŞDIRMA  |     22:42 Nardaranda BƏDBƏXT HADİSƏ: Uşağın ayağı su nasosunda qaldı  |     22:18 Sərxoş halda avtobus sürən azərbaycanlı Polşada həbs edildi  |     22:10 “iPhone 18”-in təqdimat tarixi dəyişir  |     22:02 İsti havalarda ehtiyatlı olun!  |     21:57 Tramp administrasiyası 400 milyon dollarlıq Ağ Ev layihəsi üçün Ali Məhkəməyə üz tutdu  |     21:47 FHN Azərbaycanda baş verən zəlzələ ilə bağlı MƏLUMAT YAYDI  |     21:40 Peşə təhsili müəssisələrinə qəbulun cavabları açıqlandı  |     21:35 Qubada zəlzələ oldu  |     21:26 Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı açıqlandı  |     21:21 Daha bir qatar relsdən çıxdı - Son sutkada ikinci hadisə  |     21:15 Premyer Liqada yeni mövsümün ilk qolu vuruldu  |     21:09 “Az qaldı uşağımı sel apara, niyə kömək etmirlər?” - Video  |     20:59 Bakıda 34 yaşlı kişi küçədə öldü  |     20:54 Bakıda axund cərimələndi - Səbəb  |     20:51 Sərnişinlərin NƏZƏRİNƏ: Paytaxtda doqquz marşrutun hərəkət istiqaməti dəyişdirildi  |     20:32 İş adamına 1 milyon manat "atan" biznesmenlə bağlı qərar verildi  |     20:25 Gecə şəkəri normal saxlamaq üçün nə içmək lazımdır?  |     20:20 Cəlbediciliyi artırmaq üçün sadə hiylə - Alimlər açıqladı  |     20:12 Kolumbiyada ölənlərin sayı artdı  |    
Left Banner
Right Banner

Problemli kreditlərlə bağlı şikayətlərə niyə cavab verilmir? - AÇIQLAMA

15.05.2019 15:44 5 884
Problemli kreditlərlə bağlı şikayətlərə niyə cavab verilmir? - AÇIQLAMA
Problemli kreditlərin həlli ilə bağlı imzalanmış fərmandan sonra martın 28-də müvafiq siyahı açıqlanıb. Tam siyahı isə aprelin 15-də məlum olub.

Bundan sonra bəzi vətəndaşlar adlarını siyahıda tapmadığı üçün şikayətlərini Maliyyə Bazarlarına Nəzarət Palatasının elektron portalında yaradılmış “Apellyasiya komissiyasına müraciət” bölümünə ünvanlayıblar.

Verilən məlumatlara görə, Apellyasiya komissiyası müraciətə baxdıqdan sonra 15 gün müddətində şikayəti cavablandırır. Ancaq bəzi vətəndaşlar şikayətlərindən 15-20 gün keçməsinə baxmayaraq, cavab almadıqlarını bildirirlər.

Məsələ ilə bağlı Oxu.Az Maliyyə Bazarlarına Nəzarət Palatasına mətbuat katibi Elşən Allahverdiyev ilə əlaqə saxlayıb.

Onun sözlərinə görə, bəzi şikayətlər xüsusi araşdırma tələb etdiyi üçün qanunda göstərildiyi kimi, 30 iş günü müddətində həmin vətəndaşlara cavab veriləcək:

“Bizə daxil olan bütün şikayətlər xüsusi araşdırma tələb edir. Vətəndaşlar maliyyə hesabatında səhv hesablandığından şikayətlənir, biz bununla bağlı həmin banklara sorğu göndəririk. Bankdan aldığımız cavabları mövcud vəziyyətə uyğunlaşdırırıq, analiz edib, vətəndaşa 30 iş günü müddətində cavab veririk.

Bu qrafik dəyişməz olaraq qalır. Bu müddət ərzində mütləq olaraq vətəndaşa cavab veriləcək. Qeyd edim ki, 30 iş günü tamam olmamasına baxmayaraq, ilkin müraciətlər artıq cavablandırılıb.

Bəzən olur ki, vətəndaşlar istənilən halda ona verilən məbləği yoxlamaq üçün apellyasiya şikayəti verirlər. Müraciətlərin çoxu fərmanın aid olmadığı vətəndaşlara məxsusdur”.скачать dle 11.3
Mojo.az Banner