Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

İntihara cəhd edən şagirdin müəllimləri danışdı - FOTO

13.05.2019 22:15 2 049
İntihara cəhd edən şagirdin müəllimləri danışdı - FOTO
"Bakının 109 nömrəli tam orta məktəbinin intihara cəhd etdiyi deyilən 5-ci sinif şagirdi F. Ə. uşaqlarla normal ünsiyyət qurmağa meyillidir. Sinif yoldaşlarının bu hadisədən təsirlənməməsi üçün onlarla da mütəmadi söhbətlər aparılır, psixoloji dəstək göstərilir".

Median.Az
-ın Baku.ws-ə istinadən məlumatına görə, bunu 109 nömrəli tam orta məktəbin bir neçə gün əvvəl intihara cəhd etmiş şagirdinin sinif rəhbəri, Azərbaycan dili və ədəbiyyat müəllimi Bahar Haqverdiyeva deyib.

Onun sözlərinə görə, həmin şagirdin valideyni də vaxtaşırı məktəbdə olurdu:

"Bu dərs ilində fənlər üzrə qiymətlərində kəskin fərqlər olmamışdı. Özünün çalışqanlığı və intizamı yerində olsa da, kiçik diqqətsizlik və laqeydlik səbəbindən bəzi fənlərdən zəif nəticələri də olurdu. Bunlarla bağlı tövsiyələrimi özünə və valideyninə də bildirmişdim. Müəllimlər həmin gün də şagirdin dərsdən çox sakit halda evlərinə getdiyini söyləyirlər. Evə gedəndən sonra belə bir addım atması mənim üçün çox gözlənilməz oldu və onun bu hərəkəti məni dərindən kədərləndirdi. Hadisədən sonra məktəb rəhbərliyi, psixoloq, Uşaq Birliyi Rəhbəri ilə birlikdə şagirdimiz və valideynləri ilə görüşdük.

Onunla söhbət apardıq. O, elədiyi hərəkətə görə özünün də peşman olduğunu bildirdi. Anası ilə təklikdə də görüşüb müvafiq tövsiyələrimizi bildirdik. Əsas tövsiyələrimiz ondan ibarət oldu ki, bundan sonra valideynlər müəllimlərlə daha sıx ünsiyyətdə olsunlar. Həmçinin qarşılıqlı olaraq, şagirdimizə daha həssas münasibətin göstərilməsini qərarlaşdırdıq. Yəqin ki, bundan sonra valideynlərlə işin daha da gücləndirilməsi, şagirdlərin psixoloji dayanıqlığının möhkəmləndirilməsi və daha səmərəli ünsiyyət mühitinin yaradılması istiqamətində fəaliyyətimizi artırmalıyıq".

Məktəbin informatika müəllimi Nigar Məmmədova bildirib ki, həmin şagirdə 5-ci sinifdən etibarən informatika fənnindən dərs deyir:

"Onu çalışqan, mehriban bir şagird kimi tanıyıram. Onun belə bir addımı biz müəllimləri çox sarsıtdı, çünki ondan bu addımı gözləmirdik. Çünki o, çox düşüncəli, müəllimlərlə səmimi bir qızdır. Həmçinin müəllimlərin də ona münasibəti çox yaxşıdır. Bu hadisədən sonra mən də xəstəxanaya gedib onun vəziyyəti ilə maraqlandım, səhhəti üçün çox sarsıntı keçirdiyimi, narahat olduğumu valideynlərinə bildirdim. Məktəb rəhbərliyi, sinif rəhbəri və məktəbin digər əməkdaşları ilə birgə evlərinə də getdik, onunla xeyli söhbət etdik, mənəvi-psixoloji dəstək göstərdik. Bu görüşdə şagirdimiz də bizdən ötrü çox darıxdığını və etdiyi hərəkətdən çox peşman olduğunu bildirdi".

Qeyd edək ki, 109 nömrəli məktəbin şagirdinin müəllimlərin təzyiqinə görə dərman içərək intihara cəhd etməsi ilə bağlı xəbərlər yayılmışdı.

Son xəbərlər