Mojo.az Banner
22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |     20:45 Bakıda bıçaqlanan məktəblinin FOTOSU  |     20:40 Xalq artisti evdə yıxılıb xəsarət aldı  |     20:34 Bakıda konsertə hazırlaşan reperə həbs cəzası  |     20:27 Güclü istilər hamilə qadınlar və körpələr üçün təhlükə yaradır - Alimlər xəbərdarlıq etdi  |     20:22 "Bugünkü imkan sabah olmaya bilər" - Ev almaq istəyənlər nə etməlidir?  |     20:14 Həbsdən çıxıb bibisinin evinə basqın etdi  |     20:09 "Google" milyonlarla Android telefonunda Android Auto-nu dayandıra bilər  |     20:03 Sumqayıtda bakomatdan pul çıxarmaq istəyən qadınının pulu necə oğurlandı?  |     19:55 50 yaşadək insanlarda xərçəng halları kəskin artır - Səbəblər açıqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Özünü məktəbin 2-ci mərtəbəsindən atan şagirddən YENİ XƏBƏR

13.05.2019 16:52 2 797
Özünü məktəbin 2-ci mərtəbəsindən atan şagirddən YENİ XƏBƏR
Bakının Qaradağ rayonunun Sahil qəsəbəsində yerləşən 273 saylı tam orta məktəbdə ikinci mərtəbədən yıxılan şagird, 14 yaşlı Dmitri Dusinlə bağlı yeni xəbər var.

Səhiyyə Nazirliyindən Lent.az-a bildirilib ki, hazırda 1 saylı Kliniki Tibbi Mərkəzdə olan şagirdin vəziyyəti orta-ağırdır. "Onun müalicəsi davam edir", - deyə Səhiyyə Nazirliyindən bildirilib.

"Hadisə ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən xidməti araşdırma aparılır". Lent.az-ın məlumatına görə, bunu isə Trend-ə BŞTİ-dən bildirblər.

Xəbərdə qeyd olunur ki, araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. "Qeyd edək ki, təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi tədbirlər görülür".

* * * * *

Bakıda məktəblinin yıxılması barədə yayılan məlumatlara rəsmi münasibət bildirilib.

Bakı şəhəri 273 nömrəli tam orta məktəbdən ONA-ya verilən məlumata görə, mayın 13-ü tənəffüs zamanı, saat təxminən 11:20 radələrində məktəbin VIII sinif şagirdi (müvafiq səbəblərdən şagirdin adı qeyd olunmur) dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb və bədəninin müxtəlif nahiyələrindən zədələr alıb. Dərhal təcili tibbi yardım çağırılıb, şagirdin valideynlərinə xəbər verilib. Hazırda uşaq 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Bakı Şəhər Təhsil İdarəsindən ONA-ya bildirilib ki, hadisə ilə bağlı xidməti araşdırma aparılır. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək.

Qeyd olunub ki, təhsil müəssisələrində uşaqların təhlükəsizliyinin təmin olunması daim diqqət mərkəzində saxlanılır və bu kimi hallara qarşı ciddi tədbirlər görülür.

* * * * *

Bakının Qaradağ rayonunda məktəbli 2-ci mərtəbədən yıxılıb.


ONA-nın məlumatına görə, hadisə Sahil qəsəbəsində yerləşən 273 saylı tam orta məktəbdə qeydə alınıb. Məktəbin şagirdi, 14 yaşlı Dmitri Dusin 2-ci mərtəbədən yıxılıb. Yaralı dərhal xəstəxanaya aparılıb. Reanimasiyaya yerləşdirilən D.Dusinə diz qapağının sınığı, qol sümüyünün sınığı və kəllə-beyin travması diaqnozu qoyulub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ONA-ya faktı təsdiqləyiblər. Bu barədə mətbuata açıqlama veriləcəyi bildirilib.скачать dle 11.3
Mojo.az Banner