Azərbaycan ilk gündə doqquz medal qazandı - YENİLƏNİB » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 "20 Yanvar"dakı "yiyəsiz" obyektlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |     22:54 Tovuzda 66 yaşlı kişi çaya düşərək ölüb  |     22:49 Goranboyda "BMW" alışıb yandı  |     22:42 Bu sahibkar xanım 40 min cərimələndi  |     22:36 Abşeronda məktəblilər arasında mübahisə: Xəsarət alan var  |     22:31 Daha iki ölkədə "Haribo" marmeladlarında narkotik maddə aşkarlandı  |     22:12 “Azercell”ə 1 manat yükləsəniz, nömrə cəmi 1 gün aktiv qalacaq – Qonşu ölkələrdə 60-185 gündür  |     22:05 "Kupça"sı olan vətəndaşın evi bu hallarda məcburi sökülə bilər - SİYAHI  |     21:51 Vətəndaşlar hərbi məlumatlarını elektron formada əldə edə biləcək  |     21:50 Keçmiş “Nəsimi bazarı” yaxınlığında YANĞIN başladı  |     21:48 Makronun heykəli oğurlandı  |     21:32 BP-yə işə düzəldəcəyini dedi, 3 nəfəri 11200 manat aldatdı  |     21:08 Sumqayıtda 2 500 abonentə qazın verilişində fasilə yaranacaq  |     20:54 Vətən müharibəsi zamanı zərər çəkmiş mülki şəxs: Məqsəd azərbaycanlıları məhv etmək idi  |     20:46 Bu il 64 uşaq ailələrinə qaytarılıb  |     20:41 Rusiyadan idxal olunan süd məhsulunda uyğunsuzluq aşkarlanıb  |     20:34 Türkiyə XİN: Rusiya və Ukrayna arasında danışıqların nəticələri mənfi olmayıb  |     20:25 Azərbaycan boksçuları Qazaxıstanda beynəlxalq turnirdə iştirak edəcəklər  |     20:20 Ağdamda 747 nəfər işlə təmin olunub  |     20:13 Çin şirkəti Xəzərdə külək enerjisi layihəsinin həyata keçirilməsini araşdırır  |    

Azərbaycan ilk gündə doqquz medal qazandı - YENİLƏNİB

Azərbaycan millisi Bakıda keçirilən paracüdo üzrə Qran-Pri turnirində daha yeddi medal qazanıb.

Median.Az
xəbər verir ki, Bayram Mustafayev (-66 kq) finalda uduzaraq gümüş medal əldə edib.

66 kq-dakı digər idmançımız Namiq Abbaslı bürünc medal qazanıb. Həmçinin Bəsti Səfərova (-52 kq) üçüncü yer uğrunda görüşdə Səbinə Abdullayevadan üstün olaraq bürünc medala yiyələnib.

Ötən Paralimpiya Oyunlarının qalibi, dünya və ikiqat Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Ramil Qasımov (-73 kq) bürünc medal uğrunda Nikolay Kornhasa (Almaniya) qalib gəlib.

Qadınların 57 kq çəki dərəcəsində Azərbaycan finalı baş tutub. Sevda Vəliyeva Afaq Sultanovadan üstün olub.

Kişilərin 81 kq çəki dərəcəsində isə Hüseyn Rəhimli finalda Davurxan Kərəmətova (Özbəkistan) uduzub və gümüş medal qazanıb.

Beləliklə, Azərbaycan ilk gündə doqquz medal qazanıb. Azərbaycan üç qızıl, üç gümüş və üç bürünc medal qazanıb.

17:45

Bakıda paracüdo üzrə Qran-Priyə start verilib.

Heydər Əliyev İdman Arenasında keçirilən yarışda bu gün kişilərdə dörd, qadınlarda üç çəki dərəcəsi üzrə mübarizə gedir. Bu gün 12 idmançımız mübarizəyə qoşulub.

Kişilər:

-60 kq

Vüqar Şirinli Brian Xerardo Aburto Beltran (Meksika), Zaur Cəbrayılov (Rusiya) və Şirzad Namazova (Özbəkistan) qalib gələrək yarımfinala çıxdı. Yarımfinalda Rəcəp Çiftçiyə (Türkiyə) qalib gələn Vüqar finalda güləşəcək. Onun rəqibi Florin Aleksandru Boloqa (Rumıniya) olacaq.

-66 kq

Namiq Abbaslı Miqel Vieyra (Portuqaliya), Utkircan Niqmatova (Özbəkistan) qalib gəlsə də, David Xoravaya (Ukrayna) uduzdu. O, təsəlliverici görüşdə əvvəl Ueyn Fipsə (Avstraliya), daha sonra Əzəmət Turumbetova (Qazaxıstan) qalib gələrək bürünc medal qazanmaq şansı əldə etdi. Onun buradakı rəqibi Georgi Qamcaşvilidir (Gürcüstan).

Bayram Mustafayev Kadir Yıldırım (Türkiyə) və Munxbat Aacimə (Monqolustan) qalib gələrək yarımfinala çıxdı. O bu mərhələdə Georgi Qamcaşviliyə (Gürcüstan) qalib gəlib finala çıxdı. Onun finaldakı rəqibi də Gürcüstandan olacaq. Bu, Georgi Kaldanidir.

-73 kq

Ramil Qasımov Takamasa Naqai (Yaponiya), Sergey Kotenko (Ukrayna) və Baçuki Şeliaya (Gürcüstan) qalib gəlsə də, yarımfinalda Feruz Sayidova (Özbəkistan) uduzdu. O, bürünc medal uğrunda Nikolay Kornhasla (Almaniya) mübarizə aparacaq.

-81 kq

Murad Həziyev Arley Damian Pereyra Arudaya (Braziliya) uduzaraq mübarizəni dayandırdı.

Hüseyn Rəhimli Jak Juber (CAR) və Natan Petiyə (Fransa) qalib gəldi. O, yarımfinalda Dmitri Soloveyi (Ukrayna) məğlub etdi. O, finalda Davurxan Kərəmətovla (Özbəkistan) qarşılaşacaq.

Qadınlar:

-48 kq

Gülnar Gereyeva Ecem Taşına (Türkiyə) uduzdu. O, təsəlliverici yarışda Sandrin Orye Martinetə (Fransa) də məğlub oldu.

Şahanə Hacıyeva Lobar Xürrəmovaya (Özbəkistan) qalib gələrək yarımfinala çıxdı. Yarımfinalda Yuliya Qalinskayaya (Ukrayna)  qalib gələn Şahanə finala çıxdı. Onun rəqibi Likinq Li (Çin) olacaq.

-52 kq

Səbinə Abdullayeva Şerin Abdellauiyə (Əlcəzair) uduzdu. O, təsəlliverici yarışda Prişila Qanyeyə (Kanada) qalib gəldi. Onun bürünc medal uğrundakı rəqibi Bəsti Səfərova olacaq.

Bəsti Səfərova Dure Rosio Ledesmaya (Argentina) qalib gələrək yarımfinala çıxdı. O, bu mərhələdə İnna Çernyaka (Ukrayna) uduzdu. O, bürünc medal uğrunda Səbinə ilə qarşılaşacaq.

-57 kq

Afaq Sultanova Nataliya Ovçinnikovaya (Rusiya) qalib gələrək yarımfinala çıxdı. Daha sonra o, Lusia Araujoya (Braziliya) qalib gələrək finala çıxdı. Onun rəqibi Sevda Vəliyeva olacaq.

Sevda Vəliyeva Marisa Arndta (ABŞ) qalib gələrək yarımfinala çıxdı. Daha sonra o, Maria Nubea dos Santos Linsə (Braziliya) qalib gələrək finalda Afaq Sultanovaya rəqib oldu.

Beləliklə, Azərbaycan idmançıları ilk gündə altı final və dörd bürünc medal uğrunda görüşə çıxacaq. Tədbirin açılış hissəsi saat 16:00-da başlayacaq. Həlledici görüşlər saat 17:00-da başlayacaq.

//oxu.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 231 13.05.19 19:46