Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Kriştianu Ronaldu "Bütün zamanların "Qızıl topu" reytinqinin qalibi oldu  |     22:50 Səyahət planlayanlara fürsət – Aviabiletlər ucuzlaşa bilər  |     22:42 Buraxılış və qəbul imtahanları elektron keçiriləcək? – DİM-dən açıqlama  |     22:35 Məşqdən sonra bu səhvlərə yol verməyin – Ürəyə zərər verir  |     22:21 Media əməkdaşları çəkiliş zamanı məktəbin həyətində hücuma məruz qaldılar, saxlanılanlar var  |     22:18 Sevdiyi insanı heç vaxt unutmayan 4 bürc BUNLARDIR  |     22:10 Qonşular arasında dava: ölən var  |     22:07 Sabah bu ərazilərdə qaz olmayacaq  |     22:07 İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyaya başsağlığı verib - Foto  |     22:04 Xaçmaz rayonunda Caqacuq çayı üzərində yeni körpü inşa olunur  |     21:47 Atasının mübahisəsinə görə qonşusunun tövləsini yandırdı: 86 min manatlıq ziyan  |     21:41 Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş  |     21:15 Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib  |     21:03 Göygöldə evdən meyit tapıldı  |     20:56 İcbari tibbi sığorta ödənişi ilə bağlı dəyişiklik  |     20:45 Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edilib  |     20:25 Bakıda poliklinikada rentgen plyonkası elektrik plitəsi ilə qurudulur? - Foto  |     20:13 Azərbaycanda ən uzun ömürlü insanların yaşadığı rayonlar (SİYAHI)  |     20:07 İspaniyada üçgünlük matəm elan edildi  |     19:55 Sabah bəzi yollar bağlanacaq - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Təhsil nazirindən məktəblərdə dini dərslərin tədrisi barədə - AÇIQLAMA

07.05.2019 18:10 3 525
Təhsil nazirindən məktəblərdə dini dərslərin tədrisi barədə - AÇIQLAMA
Təhsil naziri Ceyhun Bayramov məktəblərdə dini dərslərin keçirilməsi məsələsinə münasibət bildirib.

Nazir jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan təhsil standartları qanunvericiliyinə əsasən, dini fənnin tədrisi nəzərdə tutulmayıb:

“Şagirdlərin yaş kateqoriyalarına uyğun olaraq müxtəlif fənlərdə bu sahədə məlumatların verilməsi dini tədris deyil. Sadəcə olaraq, müxtəlif dinlərə bağlı məlumatlar verilir”.

“Dinlə bağlı məlumatlara həm tarix dərsliklərində, həm də “Həyat bilgisi” fənnində rast gələ bilərsiniz. Burada yenilik yoxdur. 2018-ci ildən etibarən, yeni kurikulum tədris edilən müddətdən bu dinlə bağlı bilgilər adlarını çəkdiyim dərsliklərdə verilir. Dinin tədrisinə dair yeni bir fənnin orta məktəblərdə tədrisi nəzərdə tutulmayıb”, - deyə nazir qeyd edib.

Son xəbərlər