Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Alimlərdən bəd xəbər - Xərçəngdən tam sağalmaq mümkün deyil

30.04.2019 20:53 3 656
Alimlərdən bəd xəbər - Xərçəngdən tam sağalmaq mümkün deyil
Əksər hallarda insan orqanizmində bütün xərçəngli hüceyrələri məhv etmək mümkün olmur. Xərçənglə mübarizədə daha effektiv metod metastazların inkişafını əngəlləməkdir. "Lock-'n'-block" adlandırılan yeni yanaşma artıq heyvanlar üzərində uğurlu şəkildə sınaqdan keçirilib.

Median.Az o
xu.az-a istinadən bildirir ki, bunu ABŞ-ın Perdyü Universitetinin tibbi kimya və molekulyar əczaçılıq kafedrasının dosenti Maykl Vendt bildirib.

Onun sözlərinə görə siçanlar üzərində aparılan sınaqların nəticəsi, fostamatinib (immun trombositopeniyanın müalicəsi üçün nəzərdə tutulan peroral dərman preparatı - red.) ikinci dərəcəli şişli ocaqların, yəni sadə dillə desək metastazların meydana gəlməsinin qarşını alır. O metastazlı hüceyrələrin tərkibində olan xüsusi zülalalı - SYK tirozinkinazını inhibasiya (boğmaq, kimyəvi reaksiyaların sürətini azaltmaq - red.) edə bilir.

İlkin ocaqda qan damar sistemi ilə digər bədən üzvlərinə yayılan bu hüceyrələr uzun illər davam edə bilən lanentlik dövründən keçir və terapiyaya güclü davamlılıq göstərir.

Alimlər süd vəzisinin bədxaxssəli şişlərinin biolüminesent lüsiferaz zülalını hasil etməsi üçün onları modifikasiya edib, daha sonra dördhəftəlik gəmiricilərin orqanizminə yeridib. Şiş 200 kub millimetr ölçüyə çatanda, onu cərrahi müdaxilə yolu ilə kənarlaşdırıblar, ardınca heyvanları fostamatiniblə müalicə ediblər.

Lüsiferaz alimlərin metastazlı hüceyrələrin yayılma aktivliyini və çevrəsini müşahidə etməsinə imkan verib. Araşdırma göstərib ki, fostamatinib metastazların aktivləşməsinin qarşısını alır və ya ona əngəl yaradır.

Alimlərin sözlərinə görə, döş vəzi xərçəngi hazırda müalicəsi olmayan xroniki xəstəlik kimi nəzərdən keçirilir. Hətta ilkin şiş uğurlu şəkildə kənarlaşdırılanda belə, 10-20 ildən sonra ikinci dərəcəli ocaqlar meydana gələ bilir.

Son xəbərlər