Mojo.az Banner
11:46 Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasdan məhrum edildi  |     11:43 Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada ölüb  |     11:40 "Valideynlər uşaqlardan alət kimi istifadə etməməlidir" — Psixoloq  |     11:29 Azərbaycanda uşağını bağçaya aparan ana hücuma məruz qaldı: Üç yaşlı oğlu bıçaqlandı - Detallar (Video)  |     11:18 Bir yaşlı Məhəmməd anası tərəfindən amansızlıqla öldürülüb - Təfərrüat  |     11:11 ABŞ-də gənc teleulduz güllələndi  |     20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtoparkovka üstündə adam öldürən şəxsin kassasiya şikayəti təmin olunmayıb - FOTO

30.04.2019 11:16 7 000
Avtoparkovka üstündə adam öldürən şəxsin kassasiya şikayəti təmin olunmayıb - FOTO
Ali Məhkəmədə Bakı şəhər sakini Zaur Manafovun CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, 2015-ci il avqustun 1-nə keçən gecə Binəqədi qəsəbəsində Zaur Manafov idarə etdiyi "Ford" markalı avtomaşınla evə gedərkən, "Orxideya" gül salonunun qarşısında dayanan bir neçə avtomobili görüb və yolun dar olmasından düşünüb ki, ordan keçə bilməyəcək.
"QAZel" markalı maşının sürücüsü Sərxan Mahmudov sükan arxasına əyləşəndə, yadına düşüb ki açarlar dükanda qalıb və oranın işçisi Elçin Qədomovdan onları gətirməsini xahiş edib. Amma sonuncu bunu etmək əvəzində Zaura təkidlə başa salmaq istəyib ki, o həmin maşınların arasından keçə biləcək. Zaur Manafov isə deyib ki, buna əmin deyil. Onun yanında olan atası Məmməd Manafov söhbətə müdaxilə edərək, Elçinin üstünə qışqırıb ki, avtomobilləri ordan götürsünlər. Qədimova atasının tonu xoşuna gəlmədiyi üçün ona cavab qaytarıb. Zaur Elçini itələdikdə, Sərxan Zaurun sifətinə başı ilə zərbə vurub, Manafov maşınına qaçaraq, salondan bıçaq götürüb. O, mağazanın vitrinindəki şüşəni sındırıb. Sərxan Zaurun başına stulla zərbələr vurub. Salondan 6-7 metr məsafədə Manafov Mahmudovun döş qəfəsinə bıçaqla zərbə endirib, öz növbəsində Qədimov da Zauru bıçaqlayıb. Xəstəxanaya çatdırılan Sərxan kəskin qan itirmədən vəfat edib, həmçinin Manafova da tibbi yardım göstərilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda cinayət işi başlanılıb. Zaur Manafov saxlanılıb və istintaqa təhvil verilib, Elçin Qədimov səhərisi gün könüllü 4-cü polis bölməsinə təslim olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Manafov 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. E.Qədimov 4 ay müddətinə azadlıqdan məhrum olunub, amma o, həmin müddəti istintaq təcridxanasında saxlanıldığı üçün məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib.

Bundan sonra Z.Manafov kassasiya şikayəti verib.

Ali Məhkəmənin qərarına əsasən, Z.Manafovun kassasiya şikayəti təmin edilməyib.

















скачать dle 11.3
Mojo.az Banner