Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO | 17:56 Bir milyon manat mənimsəmədə ittiham olunan Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi | 17:51 Sabiq şöbə rəisinə yüksək vəzifə verildi | 17:44 Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - VİDEO | 17:36 Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq | 17:08 Əcnəbilərin Azərbaycanda işləməsi və yaşaması ilə bağlı YENİLİK | 17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq |
Mojo.az Avto
Mojo.az Avto

Dünya çempionu Anar Süleymanovun həyat yoldaşına cinayət işi açıldı - SƏBƏB (FOTO)

29.04.2019 17:59 7 479
Dünya çempionu Anar Süleymanovun həyat yoldaşına cinayət işi açıldı - SƏBƏB (FOTO)
Bir neçə ay əvvəl kikboks millisinin baş məşqçisi Anar Süleymanovun həyat yoldaşı Şamama Məmmədovanı döyməsi barədə məlumat yayılmışdı. Həmin vaxt Anar Süleymanov Nərimanov Məhkəməsi tərəfindən həbs edilərək 20 gün müddətinə həbsxanaya salınmışdı.

Median.Az
news24.az-a istinadən xəbər verir ki, bu dəfə isə Anar Süleymanovun şikayəti əsasında onun həyat yoldaşı Bayramova Şamama Mehman qızı barəsində cinayət işi açılıb.

Belə ki, bir vaxtlar idmançı kimi Anarın tələbəsi olan və daha sonra onunla evlənən qadın barəsində Cinayət Məcəlləsinin 147-ci, yəni böhtan atma maddəsi ilə iş açılıb.

İşlə bağlı materiallar Nərimanov rayon Məhkəməsinə göndərilib və hakim Hafiz Kamranovun icrasına verilib. Məlumata görə, fevralın 13-də Anar Süleymanovun Nəriman Rayon Məhkəməsinin qərarı ilə iyirmi günlük həbs cəzasının müddəti başa çatıb.

Anar Süleymanov əvvəlcə həyat yoldaşı Şamama Bayramova ilə münasibətlərindən danışıb:

"Son günlər haqqımda yazılanlar sabiq həyat yoldaşımın mənə qurduğu tələdir. Məşhur biri olduğumu nəzərə alaraq, özünü mənim vasitəmlə gündəmə gətirmək istədi. Biz Avropada yox, Azərbaycanda yaşayırıq. Hər kəs bilir ki, ailədə problemlər olur. Yəni, bunlar təbii haldır. Amma heç bir Azərbaycan xanımına yaraşmaz ki, xırda bir mübahisəyə görə bölmələrdə adı işverən kimi hallansın, üzə duranlıq etsin. Mən ailə qurmazdan öncə onu araşdırmamışdım. Bu mənim səhvimdir. Evləndikdən sonra gördüm ki, sərbəst bir ailə imiş. Ən çox da özü daha sərbəst biri idi. Ona görə də qərara gəldim ki, həyat yolumuzu ayıraq. Ondan sonra özünə yalandan mənim əleyhimə sənədlər düzəltməyə, özünə xəsarət yetirərək bunu mənim etməyim kimi qələmə verməyə başladı.

İki məhkəmə prosesində günahsız olduğum sübuta yetirilsə də, sonuncu prosesdə hakimin haqsız qərarı üzündən mənə iyirmi sutka həbs cəzası verildi. Onun vəkili də keçmiş arvadımla çox yaxındır, ayrıldıqdan sonra onları bir yerdə çox görmüşəm. Sonuncu məhkəmədə hələ qərar çıxarılmamışdan qabaq, həmin vəkilin tapşırığı ilə artıq məni həbsxanaya aparmaq üçün maşın gətirilmişdi. Həbsdə olduğum müddətdə də Şamama saxta profillər açaraq ailəmi, dostlarımı dayanmadan təhqir edib. Özünün model şəkillərini paylaşmaqla hazırda özünü reklam etdirir”.

Qeyd edək ki, Anar Süleymanov budo döyüş növü üzrə üç dəfə dünya çempionu olub, bir dəfə Dünya Kubokunu qazanıb. O, budo üzrə idman ustasıdır və universal döyüş üzrə iki dəfə Avropa üçüncüsü, kunq-fu üzrə Avropa çempionu olub.


Son xəbərlər