Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlikdən məktəblərdə dini dərslərin tədrisi məsələsinə - REAKSİYA

29.04.2019 17:41 2 534
Nazirlikdən məktəblərdə dini dərslərin tədrisi məsələsinə - REAKSİYA
Təhsil Nazirliyi orta məktəblərdə dini fənlərin keçirilməsi məsələsinə münasibət bildirib.

Təhsil Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2019-2020-ci tədris ilindən IV-VIII sinif şagirdlərinin dini biliklərin daha geniş şəkildə yer aldığı təkmilləşdirilmiş “Həyat bilgisi” dərsliklərindən istifadə etməsi nəzərdə tutulur:

“Həmin dərsliklər Təhsil Nazirliyi tərəfindən ictimai müzakirəyə çıxarılıb. Hazırda istifadə olunan “Həyat bilgisi” dərsliyində dini biliklərlə bağlı məlumatlar olsa da, təkmilləşdirilmiş variantda bu məlumatlar daha da genişləndirilib. Təkmilləşdirilmiş yeni dərsliklərin sentyabrdan şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur”.

“Ali təhsil müəssisələrinə gəldikdə, Təhsil naziri Ceyhun Bayramovun “Bakalavriat səviyyəsi üzrə ixtisasların təhsil proqramlarına dəyişiklik barədə” əmrinə əsasən, 2019-2020-ci tədris ilindən etibarən bakalavriat səviyyəsi üzrə “Multikulturalizmə giriş” fənninin proqramına “Dinlər tarixi” adlı mövzuların daxil edilməsi təmin ediləcək.

“Dinşünaslıq” və “İslamşünaslıq” ixtisaslarının yer aldığı ali təhsil müəssisələrində isə “Dinlər tarixi” fənni ayrıca fənn kimi tədris olunur”, - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, gələn ilin sentyabrından bütün ali məktəblərdə İslam dini və digər dinlər haqqında icbari dərs keçiriləcək.скачать dle 11.3
Mojo.az Banner