Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda 68 yaşlı kişini avtomobil vurub öldürdü

26.04.2019 20:12 1 869
Bakıda 68 yaşlı kişini avtomobil vurub öldürdü
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Median.Az
Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Nərimanov rayonunda baş verib.

Xətai prospekti 25 saylı ünvanın qarşısında 1989-cu il təvəllüdlü Xanbutayev Zaur Əli oğlu idarə etdiyi "KİA Sorento" markalı avtomobillə piyada, 1951-ci il təvəllüdlü Abasov İsmayıl İbrahim oğlunu vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilsə də orada ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Son xəbərlər