Mojo.az Banner
21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |     20:56 Bakı-Qazax yolunda qəza - 6 nəfər xəsarət aldı  |     20:49 İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi  |     20:41 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |     20:36 Sabah 29 dərəcə isti olacaq  |     20:29 Kartdan-karta köçürmələrdə yeni komissiyalar: Vətəndaşları nə gözləyir? (AÇIQLAMA)  |     20:24 Süni intellekt bu işləri bizdən alır - SİYAHI  |     20:16 Azərbaycan avrokuboklarda yeni rekorda imza atdı  |     20:08 155 nəqliyyat vasitəsi hərracda satıldı  |     20:02 Səhərlər güclü susuzluq yaşayanların nəzərinə!  |    
Mojo.az Avto
Mojo.az Avto

Balaxanıda sevdiyi qızı və onun anasını güllələyən şəxs 19 il cəza alıb - FOTO

26.04.2019 18:09 4 366
Balaxanıda sevdiyi qızı və onun anasını güllələyən şəxs 19 il cəza alıb - FOTO
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Sabir Qədimovun (1999-cu il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, ötən il mayın 31-də Balaxanı qəsəbəsi, Q.Salahov küçəsi, 15 ünvanında, qəsəbə sakini, Esmira Cəfərova (1963-cü il təv.) və onun qızı Aytən Cəfərova (2001-ci il təv.) odlu silahla güllələnib. Yaralılar 3 saylı şəhər klinik xəstəxanasına çatdırılsa da, A.Cəfərovanın həyatını xilas etmək mümkün olmayıb. E.Cəfərova sağ qalıb, onun sağ əlinin iki barmağı travmatik amputasiya edilib.

Cinayəti törədən Balaxanı qəsəbə sakini Sabir Qədimov Sabunçu RPİ 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb, ondan maddi sübut hesab edilən ov tüfəngi
aşkar edilib.

Elan olunmuş ittiham üzrə S.Qədimov özünü təqsirli bilib.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.





скачать dle 11.3
Mojo.az Banner