Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Üzü parçalanan uşağın atası: “Sulutəpədə sahibsiz itlərin sayı həddindən artıq çoxdur”

22.04.2019 12:57 2 779
Üzü parçalanan uşağın atası: “Sulutəpədə sahibsiz itlərin sayı həddindən artıq çoxdur”
“Hadisə zamanı uşağım şokda olub. O, hərəkətsiz qaldığından it uşağımı 3-4 metr sürüyüb”.

Median.Az
xəbər verir ki, bunu “Report”a açıqlamasında üzünü it parçalayan Hüseyn Məmişovun atası Qismət Məmişov deyib.

Hadisənin təfərrüatlarını danışan Q.Məmişov qeyd edib ki, evlərinin qarşısındakı küçədə oğlu qonşunun uşaqları ilə oynayarkən quduz it onu dişləyib: “Oğlum özü deyir ki, ata, oynadığım yerdə gəldi üzümdən yapışdı. Həmin anda uşağım şokda olub deyə hərəkətsiz qaldığından it uşağımı 3-4 metr sürüyüb. Ətrafda olan qonşular qışqırdıqdan sonra it uşağı buraxıb qaçıb. Həmin it də üç gündən sonra ölüb”.

Uşağın atası şikayət edir ki, Sulutəpə ərazisində sahibsiz itlərin sayı həddindən artıq çoxdur və bunun da qarşısını alan yoxdur.

“Uşağımın vəziyyəti kafidir. Həkimlər deyirlər ki, hələ 40 gün gözləmək lazımdır. Peyvəndləri vaxtında vurulur. Əsas mənə uşağımın sağalması lazımdır. İnanıram ki, üzü də zamanla düzələcək”.

Uşağın yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) həkimi Qənirə Əhmədova isə "Report"a deyib ki, 2015-ci il təvəllüdlü Hüseyn Məmişov KTM-ə sol yanaq və qulaq önü nahiyələrinin, sağ üz qapağının dişlənmiş, cırılmış yaraları diaqnozu ilə aprelin 16-da daxil olub.

Onun sözlərinə görə, hazırda uşağın vəziyyəti sabit və kafidir: “Toxuma çatışmazlığı var idi, yaraları kifayət qədər dərin və böyük idi. Əməliyyat olundu və üzündə problem qalmayacaq. Müalicəsi davam edir və palataya köçürülüb. Bütün peyvəndləri vurulub, sabaha da daha bir vaksin vurulacaq. Sxem üzrə bütün müalicə üsulları tətbiq edilir. Tikişləri sökülənə qədər xəstəxanada qalacaq”.скачать dle 11.3
Mojo.az Banner