Mojo.az Banner
22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |     20:24 Samir Bağırov səhnəyə qayıtdı - YENİ KLİPİ (VİDEO)  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda qadınlar yolu bağladılar – VİDEO

18.04.2019 16:15 4 075
Bakıda qadınlar yolu bağladılar – VİDEO
Bakının Suraxanı rayonunda qadınlar aeroport yolunu bağlayıblar.

Bu barədə hadisə şahidləri Baku.ws-ə bildiriblər. Vətəndaşlar Yeni Suraxanı qəsəbəsinə içməli su verilmədiyi üçün etiraz ediblər.

Yolun bağlanması nəticəsində ərazidə böyük tıxac yaranıb. Polisin müdaxiləsindən sonra yol açılıb və avtomobillərin hərəkəti bərpa olunub.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Baku.ws-ə açıqlamasında bildirib ki, yaxın vaxtlarda ərazidə yaranmış problemlər tam aradan qaldırılacaq.

“Suraxanı rayonu Samir Əliyev küçəsində əvvəllər tamamilə su yox idi. Biz ötən illər həmin küçənin bir hissəsində şəbəkə qurmuşuq, camaata su vermişik, amma bir hissəsində hələ də içməli su, mərkəzləşmiş şəbəkə yoxdur. Həmin ərazidə olan vətəndaşlar şəbəkə qurulmasını, onların da su ilə təmin olunmasını istəyir.

Camaatın tələbi odur ki, orda şəbəkə qurulsun, evlərinə su xətti çəkilsin, sayğac quraşdırılsın, evlərində su olsun. Bu bizim planımızda var, onu icra edəcəyik.

Bakı şəhəri və onun ətrafı qəsəbələrində bu işlər mərhələli şəkildə həyata keçirilir. Çox kiçik bir hissə qalıb, onu da növbəti mərhələdə həll edəcəyik”, - deyə Anar Cəbrayıllı bildirib.



скачать dle 11.3
Mojo.az Banner