Mojo.az Banner
23:01 Tanınmış iqtisadçının evinə ilan girdi - Sumqayıtda təhlükəli anlar  |     22:56 Kürdəmirdə açıq ərazidə yanğın başlayıb  |     22:50 Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı  |     22:43 Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama  |     22:38 Zidan QADAĞAN ETDİ  |     22:29 Rusiyaya gedən İran qazı Azərbaycandan keçəcək  |     22:23 Bakı metrosunda HƏYƏCANLI ANLAR: Sərnişin relslərə düşdü  |     22:18 Ağaclar qanunsuz kəsildi, təbiətə 225 min manatdan çox ziyan vuruldu  |     22:10 Çay evində mahnı sifarişi üstündə DAVA: Müştəri bıçaqlandı  |     22:05 Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək  |     21:51 Günəşdə güclü partlayış gözlənilir - Maqnit qasırğası olacaq  |     21:44 Ekrandakı “n” işarəsi nə deməkdir? - Cavabı sizi təəccübləndirə bilər  |     21:39 Üç yaşlı uşaq 21 maqnit uddu  |     21:34 Körpələrə ana südü nə qədər verilməlidir?  |     21:26 Navai 7 illik mühafizəçisinə maşın hədiyyə etdi - VİDEO  |     21:21 2015-ci ildən sonra doğulanlara siqareti qadağan edirlər  |     21:13 Bu ağcaqanadlar daha təhlükəlidir  |     21:07 Zibil qabındakı xoşagəlməz qoxulardan necə qurtulmaq olar?  |     20:59 Bakıda hava niyə "yapışqan" və boğucu hiss olunur? - Meteoroloq səbəbini açıqladı  |     20:54 General-leytenant rütbəsi verilən Allahverən İsmayılov kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

İnternat məktəbində uşaqların döyüldüyü iddia edilir - Müəllim nazirliyə çağırıldı

15.04.2019 16:53 2 072
İnternat məktəbində uşaqların döyüldüyü iddia edilir - Müəllim nazirliyə çağırıldı
Ötən gün “Facebook” sosial şəbəkəsində Leyla Ucal adlı kimya müəllimi Mərdəkanda yerləşən 2 saylı internat məktəbi ilə bağlı fikirlərini bölüşüb, orada təhsil alanların incidildiyini, təhqir olunduğunu, dərsliklə təmin edilmədiyini, dərs saatlarında başqa əmək fəaliyyəti ilə məşğul olduqlarını iddia edib, müəllim kollektivi, xüsusən direktor və müavinləri ilə bağlı düşüncələrini paylaşıb.

Müəllim 2017-ci ildə sözügedən müəssisədə 2 həftə dərs dediyini və bu müddət ərzində uşaqların döyüldüyünü, dərs vəsaitlərinin olmadığını, ərzaq məhsullarının direktor tərəfindən satışa çıxarıldığını qeyd edib.

Təhsil Nazirliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, ötən gün Leyla Ucalın şəxsi “Facebook” səhifəsində 2 nömrəli ümumi orta internat məktəbi ilə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirmək məqsədilə o, nazirliyə dəvət olunub:

“Həmin xanım Təhsil Nazirliyinə dəvət edilib. Qeyd olunan məsələnin təfərrüatı bu gün onun iştirakı ilə müzakirə ediləcək.

Məlumat üçün bildirək ki, son bir neçə il ərzində internat məktəblərində olan şəraitlə bağlı müxtəlif media qurumlarının iştirakı ilə dəfərlərlə tanışlıq səfərləri təşkil edilib və Nazirlik bu kimi məsələlərdə ictimai nəzarət funksiyasına həmişə xüsusi önəm verib”.

Təhsil Nazirliyi tərəfindən məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.скачать dle 11.3
Mojo.az Banner