Mojo.az Banner
23:02 Ağıllı telefonlar dövründə qol saatı taxan insanlar bunu səbəbsiz etmir (ARAŞDIRMA)  |     22:56 Dünyanın ən xoşbəxt ölkəsi xoşbəxtliyin formulunu axtarır  |     22:51 Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - Video  |     22:43 Kulinariyanın yeni trendi "təbii maya" - Necə hazırlanır?  |     22:38 14 milyonluq qalmaqalda Tahir Qədəşovun həbsi tələb edilir  |     22:30 Bu ölkədə prezidentliyə 35 namizəd var  |     22:25 Kollektorun üzərində daha 22 ev var - 8-i sökülməlidir (Video)  |     22:18 Nigeriyada terror: 10 əsgər öldü  |     22:05 Rusiya-Ukrayna müharibəsi bitir? - Son danışıqlardan yeni siqnallar  |     21:59 ADSEA-nın tabeli qurumları Bakı və Abşeronda suçəkmə işlərini davam etdirirlər - Video  |     21:51 İmişlidə müəmmalı ölüm: 15 yaşlı qızın meyiti yarımtikilidə tapıldı  |     21:46 Azər Bağırov: "Qarabağ"la oyundan sonra komandamı tanıya bilmirəm"  |     21:38 ABŞ hərbi təyyarəsi Krit yaxınlığında həyəcan siqnalı verib  |     21:33 Sabiq agentlik sədri Naxçıvanda TALAN MEXANİZMİNİ AÇIQLADI: "Pullar Talıbova verilirdi"  |     21:25 Ağır qəzada qolunu itirən "Nikosayağı" aylar sonra göründü - VİDEO  |     21:19 Şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü  |     21:12 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     21:05 Burak Denizin evindən narkotik vasitə çıxdı  |     21:00 Balın təbiiliyi necə müəyyən olunur? - Video  |     20:52 Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? - Yenidən yoxlanacaq  |    
Left Banner
Right Banner

Kəmaləddin Heydərov icra başçıları ilə operativ müşavirə keçirdi

12.04.2019 19:55 1 606
Kəmaləddin Heydərov icra başçıları ilə operativ müşavirə keçirdi
Şamaxı şəhərində fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin iştirakı ilə fevral ayının 5-də və 6-da Şamaxı, Ağsu və İsmayıllı rayonlarının ərazisində baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı operativ müşavirə keçirilib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, müşavirənin keçirilməsində məqsəd zəlzələnin nəticələrinin aradan qaldırılması ilə həyata keçirilmiş tədbirlərin, o cümlədən ziyan çəkmiş vətəndaşların şikayətlərinə baxılması vəziyyətinin, qəzalı evlərin sökülməsi və onların yerində yeni mənzillərin inşası ilə bağlı bugünədək görülmüş işlərin, həmçinin qarşıya çıxan problemlərin aradan qaldırılması yollarının müzakirə edilməsi olub. Müşavirədə Fövqəladə Hallar Nazirliyinin, habelə aidiyyəti dövlət orqanlarının, o cümlədən "Azərenerji" ASC, "Azərişıq" ASC və "Azərsu" ASC-nin məsul şəxsləri də iştirak ediblər.

Müşavirədə çıxış edən nazir K.Heydərov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı zəruri tədbirlərin görülməsi istiqamətində mühüm tapşırıqlar verib və görülən işlər bilavasitə ölkə başçısının nəzarəti altındadır.

Nazir təmir-tikinti işləri həyata keçirilərkən aidiyyəti qurumların üzərlərinə düşən vəzifələrinin vaxtında icrasının vacibliyini diqqətə çatdırb. Qeyd edib ki, kommunikasiya xətləri tikinti başlamamışdan əvvəl operativ olaraq ümumi şəbəkədən ayrılmalı, evlərin tikintisi başa çatdırıldan sonra dərhal qoşulmalıdır. Nazir yeni evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinin sənədləşdirilməsi işinin sürətləndirilməsinin zəruri olduğunu da diqqətə çatdırıb.

Müşavirədə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov bildirib ki, üç rayon üzrə zəlzələ ilə bağlı ümumilikdə 8891 müraciət daxil olub. Müvafiq komissiyalar tərəfindən indiyədək 8749 müraciətə baxılıb ki, onlardan 5435-i Şamaxıda, 2085-i Ağsuda, 1229-u İsmayıllı rayonundadır. Şamaxıda 270, Ağsuda 266, İsmayıllıda 112 evin qəzalı vəziyyətdə olduğu müəyyən edilib. Ümumilikdə, 648 qəzalı vəziyyətdə olan ev var ki, bu günə qədər həmin evlərdən 272-si sökülüb. Hazırda digər evlərin podratçı şirkət tərəfindən sökülməsi və onların yerində inşaat işlərinin aparılması üçün hazırlıq işləri görülür. Sürüşmə zonasında yerləşən evlər üçün yeni torpaq sahələri ayrıldıqdan sonra həmin vətəndaşlara da yeni fərdi yaşayış evlərinin tikilməsi nəzərdə tutulur.

Müşavirədə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış edərək zəlzələnin fəsadlarının aradan qaldırılması, vətəndaşların müraciətlərinə baxılması, şikayətlərin yerində araşdırılması istiqamətində görülən işlərdən danışıblar.

Müşavirədə podratçı tikinti şirkətinin rəhbəri gördükləri işlər barədə məlumat verib. Bildirilib ki, sökülən evlərin yerində iki gün ərzində yeni evin inşasına başlanılır.

Tədbirə yekun vuran nazir K.Heydərov diqqətə çatdırıb ki, AMEA-nın Geologiya İnstitutu və rayon icra hakimiyyətləri evlərin inşası üçün yerlərin seçilməsində diqqətli olmalıdırlar. Tikinti aparılarkən evlərin qeyri-sürüşmə zonalarında tikilməsinə xüsusi diqqət yetirilməlidir. Tikinti işləri sürətlə, eyni zamanda keyfiyyətli aparılmalıdır.

Nazir, həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya xüsusi minnətdarlıq edib. O, xatırladıb ki, Mehriban xanım zəlzələ baş verən ilk gündən könüllüləri zəlzələ bölgəsinə göndərib, köməkçisi Anar Ələkbərov bir neçə dəfə bu bölgədə olub. Eləcə də Ağsu, Şamaxı və İsmayıllıda bir neçə evin inşasını Heydər Əliyev Fondu öz üzərinə götürüb. Nazir əlavə edib ki, görülən işlər cənab Prezident İlham Əliyevin xüsusi diqqətindədir. Ona görə də hər bir qurum öz məsuliyyətini artırmalıdır. Yeni evlərin inşası və bərpası vaxtında başa çatdırılmalıdır ki, zərər çəkən ailələr rahat, gözəl evlərdə yaşasınlar.

Nazir söküntü və tikinti işlərinin plana uyğun olaraq vaxtında icra edilməsi və sentyabr ayına kimi yekunlaşdırılması üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib.//milli.azскачать dle 11.3
Mojo.az Banner