Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO | 17:56 Bir milyon manat mənimsəmədə ittiham olunan Raqif Abbasovun məhkəməsində hakim vəkilə xəbərdarlıq etdi | 17:51 Sabiq şöbə rəisinə yüksək vəzifə verildi | 17:44 Paşinyan Antalyada Azərbaycan mahnısının sədaları altında qarşılandı - VİDEO | 17:36 Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq | 17:08 Əcnəbilərin Azərbaycanda işləməsi və yaşaması ilə bağlı YENİLİK | 17:04 Dövlət komitəsinin sədri Gürcüstan səfiri ilə görüşüb | 16:57 Kafeni yandırıb ölümə səbəb olan şəxsin məhkəməsində zərərçəkən: "Ayaqlarım dizə qədər yanmışdı" | 16:50 DYP adından saxta cərimə mesajları göndərilir: Vətəndaşlara xəbərdarlıq | 16:19 Ərdoğan Azərbaycana təşəkkür edib | 16:14 Azərbaycanlı bloqer Ermənistana buraxılmadı - Video | 16:12 İlham Əliyev COP31-in Liderlər Sammitində iştirak etmək üçün Antalyadakı Ekspo Mərkəzinə gedib - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

253 tikinti maşını istismara yararsız olduğuna görə silinib

11.04.2019 21:33 2 093
253 tikinti maşını istismara yararsız olduğuna görə silinib
2019-cu il yanvarın 1-i vəziyyətinə ölkənin tikinti müəssisələrində 11 647, o cümlədən dövlət müəssisələrində 4980, qeyri-dövlət müəssisələrində 6667 tikinti maşını olub.

Dövlət Statistika Komitəsindən trend-ə verilən məlumata görə, 2018-ci il ərzində 1104 maşın tam amortizasiya olunub, onlardan 253-ü istismara yararsız olduğuna görə silinib.

2018-ci ildə tikinti müəssisələri tərəfindən 167 ədəd müxtəlif növ tikinti maşını alınıb ki, onların 68-ni yükünü özüboşaldan avtomobil, 17-ni yolbasan maşın, 17-ni stasionar və avtobetonnasos, 13-nü pnevmotəkərli kran, 13-nü pnevmatik əl maşını, 11-ni karxanalar üçün mobil və stasionar qırma-ələmə avadanlığı, 28-ni isə digər növ tikinti maşını təşkil edib.

Tikinti maşınlarının 9,7 faizi Naxçıvan Muxtar Respublikasında, 65,3 faizi Bakı şəhərində, 8,1 faizi Aran, 4,2 faizi Gəncə-Qazax, 3,8 faizi Abşeron, 8,9 faizi isə digər iqtisadi rayonlarda cəmlənib.

Son xəbərlər