Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
21:36 Uşağa qarşı fiziki və psixoloji zorakılığa görə 200 manat cərimə: "Hətta azdır" | 21:14 Böhran dərinləşir: Avropanın ən böyük iqtisadiyyatı çətin durumda | 21:13 Arif Mirzəyev vəfat etdi | 21:04 Leyla Əliyeva Əminə Ərdoğanla tədbirə qatıldı (FOTO) | 20:46 Sabah Balakəndə qaz olmayacaq | 20:38 İrana bağlı qruplaşmanın ABŞ-nin hərbi bazasına hücum planı: Detallar açıqlandı | 20:30 Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi | 20:11 Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb | 20:05 Rusiya ilə Ukrayna arasında ən böyük əsir mübadiləsi yaxın iki-üç həftə ərzində baş tuta bilər | 19:55 Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub - FOTO | 19:46 QMİ İrəvan Göy məscidində keçirilən tədbiri vandalizm və təxribat adlandırıb | 19:29 Pakistanda atışma: 11 polis əməkdaşı həyatını itirdi | 19:19 Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib | 19:09 Gəncədə kişini benzin tökərək diri-diri yandırdılar: Dörd nəfərə hökm oxundu | 18:58 Aslan Fətullayevin nəşinin Azərbaycana gətiriləcəyi və dəfn olunacağı vaxt açıqlandı | 18:50 Paşinyan Ərdoğanla danışıqlar aparır - Görüşdən ilk detallar | 18:41 Fransada gənc futbolçu məşqdə öldü | 18:33 Minaya düşən traktorçunun bir əli amputasiya olundu | 18:12 Prezidentin sosial media hesablarında COP31-in Liderlər Sammitində iştiraka dair videoçarx paylaşılıb | 18:00 Mehriban Əliyeva COP31 Liderlər Sammitindən paylaşım etdi - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Elinanın ölümü haqda ŞOK: Qanını yuyub direktorun otağına aparıblar (AUDİO)

11.04.2019 16:29 8 357
Elinanın ölümü haqda ŞOK: Qanını yuyub direktorun otağına aparıblar (AUDİO)
Aprelin 4-də Bakının 162 saylı orta məktəbinin 3-cü mərtəbəsindən özünü ataraq canına qıyan 8-ci sinif şagirdi Elina Hacıyeva ilə bağlı yeni faktlar ortaya çıxıb.

Elina Hacıyevanın anası Sevil Hüseynova Baku.ws-ə bildirib ki, qızı həmin gün saat 09:30 radələrində özünü pəncərədən atıb.
Şagirdin intihara cəhd anın məktəbin təhlükəsizlik kamerasına düşüb. Görüntülərdə də hadisənin 09:37-də baş verdiyi görünür.



Hadisə yerinə Təcili tibbi yardım briqadası saat 11:06-da çağırılıb və bundan 6 dəqiqə sonra, yəni 11:12-də həkimlər məktəbdə olublar.

Səhiyyə Nazirliyindən Baku.ws-ə verilən məlumata görə, Elina təcili tibbi yardım maşını ilə saat 11:36-da xəstəxanaya çatdırılıb. Yəni qızcığaz özünü pəncərədən atdıqdan 1 saat 59 dəqiqə sonra.

Elinanın ən yaxın rəfiqəsi, 9-cu sinif şagirdi Züleyxa Şirinova da deyilənləri təsdiq edir.

“Hadisə 2-ci dərsdən sonrakı tənəffüs fasiləsində təxminən saat 09:30-da baş verib. Elina özünü atdıqdan sonra direktor göstəriş verib ki, Elinanın qanını yerdən yusunlar.

Bundan sonra qızı direktor otağına apararaq sorğu-suala tutublar. Həmin anı kameraya çəkiblər. Elinanın bədənindən qanı da təmizlədilər. Təcili yardım isə təxminən saat 12-də çağırıldı”, - deyə Züleyxa Şirinova bildirib.


Son xəbərlər