Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Xəzər dənizindən 445 tonluq gəmi korpusları çıxarılıb

10.04.2019 20:53 1 793
Xəzər dənizindən 445 tonluq gəmi korpusları çıxarılıb
Xəzər dənizinin dibindən batmış gəmi hissələri çıxarıılıb.

Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC məlumat yayıb.

Məlumata görə, Ağ şəhər bulvarının su akvatoriyasının metal hissələrdən təmizlənməsi işləri çərçivəsində Xəzər dənizinin dibindən ümumilikdə 445 ton ağırlığında - 180, 200, 65 tonluq üç gəmi korpusu çıxarılıb.

Həyata keçirilən işlərə Xəzər Dəniz Neft Donanmasının “Qurban Abasov”, “Socar-1”, “Barja-701”, “Hövsan-5”, “Abşeronskaya-6”, “SPK-47/25”, “Hövsan-2” kimi gəmilər və barjı cəlb edilib.

Son xəbərlər