Şaxtada işləyən gəncin üstünə lift düşdü - Vəziyyəti ağırdır
Median.Az-ın oxu.az-a istinadən məlumatına görə, paytaxtın Xanlar küçəsi 27 ünvanında İlqar Böyükağa oğlu Əbilova məxsus tikilidə liftin trosu qırılıb.
Hadisə nəticəsində liftin şaxtasında çalışan 1997-ci il təvəllüdlü İlham Mənsum oğlu Cəfərov ağır xəsarət alıb.
O təcili olaraq yaxınlıqdakı xəstəxanalardan birinə aparılıb. Vəziyyətinin ağır olduğu bildirilib.
