Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

ABŞ Rusiya ilə kosmik müharibəyə hazırlaşır

10.04.2019 11:51 3 339
ABŞ Rusiya ilə kosmik müharibəyə hazırlaşır
Pentaqon rəhbəri vəzifəsini icra edən Patrik Şenahan Rusiya və Çin kosmik silahlarının ABŞ təhlükəsizliyinə təhdid yaratdığını dilə gətirib.

Bu barədə “The Washington Examiner” məlumat yayıb.

Onun sözlərinə görə, növbəti iri qlobal münaqişənin gedişi kosmosda istifadə olunacaq silahların effektivliyindən asılı olacaq.

“Bizim rəqiblər kosmik məkanın hərbiləşdirilməsini həyata keçirməklə, ABŞ qüvvələrini təhlükə altında qoyurlar”, - deyə ABŞ müdafiə naziri vəzifəsinin müvəqqəti icraçısı bildirib.

Şenahanın sözlərinə görə, Çin və Rusiya siqnalları boğmağa və naviqasiya sistemlərinin işində ciddi pozuntu yaratmağa qadir olan lazer və raket silahlar yaradır.

“Onların kosmosdakı əməllərinə görə ora artıq əsl döyüş meydanına çevrilib. Bu, gələcək və fərz olunan təhdid deyil, indiki reallıqdır”, - deyə Şenahan vurğulayıb.

O, ABŞ-ın kosmosda hərbi qüdrətini gücləndirəcəyini vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner