Kartof, soğan və kələmin gömrük rüsumları artırıldı - Amma bu, müvəqqəti xarakter daşıyır
Median.Az xezerxeber.az-a istinadən bildirir ki, Mirqasım Vahabovun sözlərinə görə, kartofun ixracı ötən il ərzində də çox olmayıb. Bu rəqəm ötən il 66 min tondan biraz çox olub. Amma yerli bazarda qiyməti tənzimləmək üçün həm də bir çox ölkədən idxala tətbiq edilən rüsuma da güzəşt edilir.
Gömrük rəsmisi bildirib ki, dövlət üçün ixrac siyasəti vacib olsa da, bunun ölkə əhalisinə ziyan vurmamasına xüsusi diqqət yetirilir. Bütün amillər nəzərə alındıqda hazırda ölkə bazarında satılan bu məhsulların qiymətinin suni şəkildə artırıldığını görmək olur. Bu isə ölkə əhalisinə mənfi təsir göstərir.
Bu qərarın yerli bazara hansı formada təsir edəcəyini yaxın günlərdə görmək mümkün olacaq.