Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib

09.04.2019 20:15 1 994
Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib
Azərbaycan Müdafiə Nazirliyi vətəndaşlara və KİV nümayəndələrinə müraciət edib.

Median.Az
-ın Baku.ws-ə istinadən xəbərinə görə, müraciətdə deyilir: "Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, Ordu ilə xalq arasında əlaqələrin daha da möhkəmləndirilməsi, ictimaiyyət nümayəndələrinin hərbi hissələrdə həyata keçirilən quruculuq işləri, eləcə də valideynlərin övladlarının xidməti şəraiti ilə əyani şəkildə tanış olmaları məqsədilə Müdafiə Nazirliyi tərəfindən mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Görülən bu işlər xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Lakin son günlər müxtəlif ictimai və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin hərbi hissələrə, xüsusilə də ön xətdə yerləşən bölmələrə səfərlərindən sonra ayrı-ayrı vətəndaşlarımızın mobil telefon, videokamera və fotoaparat vasitəsilə hərbi hissələrin ərazisində çəkdikləri kadrlar sosial şəbəkələrdə yayılır, müxtəlif şərhlər paylaşılır. Beləliklə də “Dövlət sirri haqqında” Azərbaycan Respublikası qanunun müvafiq tələbləri pozularaq düşmənə Ordumuz barədə məlumatlar əldə etmək imkanı yaradılır.

Müdafiə Nazirliyi bildirir ki, hərbi hissələrin və ön xətt bölmələrimizin, xüsusilə də onların şəxsi heyətinin təhlükəsizliyi baxımından bu cür hallar yolverilməzdir".

Son xəbərlər