Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

“Azərbaycan Universitetinin” məzunu 55 il cəza aldı

06.04.2019 22:31 2 481
“Azərbaycan Universitetinin” məzunu 55 il cəza aldı
Türkiyənin Bursa vilayətində Pensilvaniya Universitetinin sertifikatı ilə "kəkələmə və düzgün danışma mərkəzində" onlarla xəstəni aldadan saxta professor 55 il müddətinə azadlıqdan məhrum edilib.

Median.Az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, vətəndaşları Azərbaycan Universitetinin məzunu olduğu və Pensilvaniya Universitetindən sertifikat aldığını deyərək aldadan 40 yaşlı Emre Nuri Korkut bir il öncə iş yerində həbs edilib. Saxta həkim həbs edilən zaman iş yerində saxta diplomlar, professorluq və dosentlik sənədləri götürülüb.

Korkut ona qarşı olan ittihamları qəbul etməyərək bildirib ki, onun mərkəzində qüsurlu və ya kəkələmə problemi xəstəliyi olan şəxslər olmayıb: "Buna görə də mənim professor olmağım mütləq deyil. Mənim yanıma gələn insanların ilk verdiyi sual "düzələcəyəmmi" olub. Gələn şəxsləri ən az bir həftə pulsuz sınama müddətinə götürürdüm. Müddətin sonunda onlardan "davam etmək istəyirsinizmi" deyə soruşurdum. Heç bir sənəd və ya müqavilə olmayıb. Yəni onların mənə pul verməmək kimi imkanları olub".

Qeyd edək ki, əvvəlki prosesdə prokuror Emre Korkutu 33 nəfəri aldatmaqda ittiham edərək, ona 165 il cəza istəmişdi.

Son söz verilən saxta professor iki zərərçəkmişlə razılaşdığını qeyd edib.

"Azadlığa çıxsam digərlərinin də zərərini ödəyəcəyəm", - deyən "professor" hər bir zərərçəkmiş üçün 1 il 8 ay olmaqla 55 il azadlıqdan məhrum edilib.

Son xəbərlər