Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Saxta dollar dəyişmək istəyən Çin vətəndaşlarına cəza verildi

29.10.2018 12:29 2 413
Saxta dollar dəyişmək istəyən Çin vətəndaşlarına cəza verildi
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul satmaqda təqsirləndirilən Çin Xalq Respublikasının vətəndaşları Chen Meng Lin, Lin Zhi Fanq və Rusiya Federasiyası vətəndaşı Məhəmmədrəsul Rəsulovun cinayət işi üzrə məhkəmənin prosesi başa çatıb.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, həmin şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib.

Yasamal rayonu Şərifzadə küçəsində yerləşən banklardan birinin filialında 3 əcnəbi ölkə vətəndaşı külli miqdarda saxta ABŞ dolları dəyişməyə cəhd göstərib. Onların bu niyyətlərinin qarşısı bankda xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşı tərəfindən alınıb.

Qısa zaman kəsiyində hadisə yerinə cəlb edilən idarənin tutucu qrupunun əməkdaşları həmin şəxsləri saxlayaraq aidiyyəti üzrə Polis İdarəsinə təhvil veriliblər. Araşdırma aparılan zaman saxlanılan şəxslərin Çin Xalq Respublikasının vətəndaşları Chen Meng Lin, Lin Zhi Fanq və Rusiya Federasiyası vətəndaşı Məhəmmədrəsul Rəsulov olduğu müəyyənləşib.

Saxlanılan şəxslərdən ümumilikdə 18900 saxta ABŞ dolları müəyyən edilərək maddi sübut kimi götürülüb. İlkin ifadələrində həmin şəxslər saxta əsginasları satmaq, həmçinin paytaxt ərazisində yerləşən ticarət mərkəzlərində istifadə etmək niyyəti ilə ölkə ərazisinə gətirdiklərini etiraf ediblər.//oxu.az

Son xəbərlər