Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Tərlan Əhmədov istefa verir

06.04.2019 21:50 2 075
Tərlan Əhmədov istefa verir
"Belə oyun haqda danışmağa söz tapmıram. Autsayderlərin oyunu olduğu üçün üzərimizdə həddindən artıq təzyiq vardı. Zədəlilər də bir tərəfdən".

Median.Az
qol.az-a istinadən xəbər verir ki, bunu "Keşlə"nin baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 23-cü turunda səfərdə "Sumqayıt"a 1:2 hesablı məğlubiyyətdən sonra deyib.

O, bildirib ki, futbolçularda məğlub psixologiyası var və onları dəyişməkdə çətinlik çəkir: "Burada komandanı düzəltməkdə çətinlik çəkdim. Etiraf edim ki, bacarmadım. İstefa verəcəyəmmi? Rəhbərliklə danışacam. Hər şey ola bilər. Əvvəl işlədiyim yerlərdə alınırdı, burada mümkün olmadı. Rəhbərlik danışıb, qərar verəcəyik. Bu mövsüm mənə qədər 2 baş məşqçi dəyişib. Yayda komandaya yetərincə yaxşı futbolçular cəlb etmək lazım idi. Qışda da cəmi 6 oyunçu götürdük".

T.Əhmədov deyib ki, səhvləri analiz etsələr də, nəticə əldə etmək olmur: "AZAL-da komandanı özüm qurmuşdum. Orda pul olmasa da, mənə görə canlarını qoyurdular. Burada həmin komandanı qura bilmədim. Bəlkə qalan 5 turda kimsə bunu bacara bilər".скачать dle 11.3
Mojo.az Banner