Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Aftandil Hacıyev: "Hazırda "Səbail" üçün təhlükə yoxdur"

19.09.2020 22:18 1 794
Aftandil Hacıyev:
"Baxımlı, ilk yarıda sürətli oyun oldu. Matçın çox hissəsi maraqlı təsir bağışladı. İlk yarıda buraxdığımız səhvlər nəticədə öz sözünü dedi. Rəqib haqqında isə yalnız xoş sözlər deyə bilərəm. Hər bir komandaya çətinlik törədən klubdur".

"Report"un məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının III tur matçından sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, kifayət qədər qol epidozu yaxalayıblar. A.Hacıyev komandanı hələ tam komplektləşdirmədiklərini və bəzi futbolçuların hələ hazır olmadıqlarını əlavə edib. O, gənc futbolçuların gələcəkdə daha yaxşı formaya düşəcəklərinə inam ifadə edib.

3 oyundan 3 məğlubiyyət almalarına da toxunan A.Hacıyev hələ çempionat öncəsi çətinliklə üzləşəcəklərini bildiklərini söyləyib: "Əlbəttə, bizi nəticə razı salmaya bilər. Amma hansı komanda ilə yola çıxdığımızın fərqində idik. "Səbail" yaşayarsa, gənclərlə təcrübəlilərin vəhdətindən komanda quracağıq. Hazırda komanda üçün təhlükə yoxdur. Amma çox yüksək səviyyəli komandalarımızın dağıldığını nəzərə alaraq, bunu deyirəm".

A.Hacıyevin sözlərinə görə, Hendrik Ekşteyn komandadan ayrılmasından peşman olduğunu bildirib. O, gələn həftə ərzində afrikalı legionerlər bağlı qəti qərarın veriləcəyini əlavə edib.

Son xəbərlər