Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

"Səbail"in baş məşqçisi: "Maaş almayan futbolçunu oyuna kökləmək çətindir"

16.04.2021 21:00 1 257
"Ağır oyun oldu. Xal qazanacağımıza inanırdıq. Son matçlarda əzmkarlıqla seçilirdik. İlk hissədə hesabda önə keçdik, amma qol buraxdıq".

"Report" xəbər verir ki, bu fikirləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın XXIII turunda evdə "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, oyunçular sonadək mübarizə aparıblar: "Bu gün qızıl xal qazandıq. Hər xal bizim üçün çox önəmlidir. "Qarabağ"la görüşdə iki 90 dəqiqənin gücünü sərf etdik".

Baş məşqçi Ruslan Hacıyevin məşqlərdə özünü yaxşı tərəfdən göstərə bilmədiyi üçün meydanda olmadığını söyləyib.

Hacıyev qapıçı Kamran Ağayevin məşq zamanı ayağından zədə aldığını və müalicəsinin davam etdiyini sözlərinə əlavə edib: "Klubun gələcək planları ilə bağlı görüş olmayıb. Hazırda çempionatı başa vurmağı hədəfləyirik. Biz də klubun növbəti illə bağlı gələcəyini bilmirik. Bəlkə də, yaxın günlərdə rəhbərliklə görüş baş tutacaq. Pandemiya ən çox "Səbail"ə təsir edib. Premyer Liqa tarixində bu büdcə ilə çıxış edən komanda olmayıb. Ümid edirəm ki, gələcəkdə daha yaxşı büdcə ilə "Səbail" görəcəyik. Belə komanda düzəltmək əziyyət tələb edir. İnanırıq ki, bu komanda yaşayacaq. İki ay maaş almayan oyunçuları matça kökləmək çətindir. Cibi boş bir az çətin olur (gülür). Bəlkə də, biz bundan da çətin anlar yaşamışıq. Təcrübəli oyunçular çoxdur və durumu başa düşürlər. Gənc futbolçuların potensiallarını üzə çıxarmağa çalışırıq. Onu inandırmaq istəyirik ki, həqiqətən, yaxşı oyunçu ola bilər. Qalan matçlarda, bəlkə də, qiymətlərini qaldıracaqlar. Premyer Liqada hər oyun vacibdir. Meydana çıxırsa, deməli, nəsə qazanır. Bizim vaxtımızda da çətin illər olub. İnam bu il də var ki, futbolumuzun imkanı üst səviyyələrə qalxacaq".

Son xəbərlər