Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Ramiz Əzizbəylinin qızı atasının səhhətindən danışdı

02.04.2019 23:33 2 643
Ramiz Əzizbəylinin qızı atasının səhhətindən danışdı
"Deyirlər ki, ciddi bir şey olarsa, o zaman atam təcili əməliyyat olunacaq"

Ötən ilin dekabrında Xalq artisti, tanınmış rejissor Ramiz Əzizbəyli ayağından əməliyyat olunub. Sputnik Azərbaycan-a açıqlama verən Xalq artistinin qızı Cəlalə Əzizbəyli atasının səhhəti ilə bağlı son durumdan danışıb: "Bir müddət öncə atamın səhhətində ümumi nasazlıq var idi, soyuqlamışdı. Xəstə adamdır, hər yeri ağrayır".

Atasının əməliyyat olunan ayağı ilə bağlı durumun normal və stabil olduğunu deyən C.Əzizbəylinin sözlərinə görə, şəkər xəstəsi olduğu üçün həkimlər onun sağalma prosesinin uzun çəkəcəyini bildirib: "Atam şəkər xəstəsi olduğu üçün onu daim nəzarətdə saxlayırıq, iynələrini vaxtında vururuq".

Hazırda R.Əzizbəylinin şəkərinin stabil olduğunu söyləyən həmsöhbətimiz atasının digər ayağında yarana biləcək risklə bağlı da danışıb: "Hələ ki həkimlər onun digər ayağının əməliyyat olunmasını məsləhət bilmirlər. Deyirlər ki, ciddi bir şey olarsa, o zaman atam təcili əməliyyat olunacaq".

Xatırladaq ki, Xalq artisti Ramiz Əzizbəyli ötən ilin dekabrında sol ayağında yaranan qanqrenə görə əməliyyat olunmuşdu.

Son xəbərlər