Mojo.az Banner
23:00 İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?  |     22:52 Növbəti 4 günə diqqət! – XƏBƏRDARLIQ EDİLDİ  |     22:43 Ucarda 16 yaşlı gəncin suda boğulmasının təfərrüatları - FOTO  |     22:38 Dünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür  |     22:29 Pensiyalar nə vaxt veriləcək? - TARİX AÇIQLANDI  |     22:24 Fransada meşə yanğınları ilə əlaqədar həbslər olub  |     22:18 Çində təxliyə edilən insanların sayı 1 milyonu keçdi - YENİLƏNİB  |     22:11 İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?  |     22:05 "Barselona"dan 100 milyonluq transfer əməliyyatı  |     21:56 Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar  |     21:50 Qobustanda ağır QƏZA: Ölən var  |     21:41 Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi  |     21:36 Əmrah Bulud "Karvan-Yevlax"dan getdi  |     21:30 Rusiya Sumını vurdu - Ölənlər var  |     21:24 "Coca-Cola" ilk dəfə tərkibində kokain olan dərman kimi yaradılıbmış  |     21:19 Yeni hoteldə 45 nəfərə iş veriləcək - 20-si Qarabağ sakinidir  |     21:12 Bakı bulvarında batmaqda olan şəxs xilas edilib - VİDEO  |     21:07 Türkiyədə qeysəriyyə əməliyyatlarına görə 100-ə yaxın həkim cəzalandırıldı  |     20:40 Orqanizmdə dəmir çatışmazlığını necə bilmək olar? - 5 əlamət  |     20:35 Okeanın dibində 73 gizli vulkan tapıldı - Bəziləri yenidən aktivləşə bilər  |    
Left Banner
Right Banner

Bacısının lüt şəkillərini görən qardaşdan dəhşətli əməl - TƏFƏRRÜAT

02.04.2019 16:01 4 101
Bacısının lüt şəkillərini görən qardaşdan dəhşətli əməl - TƏFƏRRÜAT
Bakıda bacısını öldürməyə cəhddə günahlandırılan Gürcüstan vətəndaşı, 1995-ci il təvəllüdlü Samir Bağırovun (ad və soyadlar şərtidir - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
teleqraf.com-a istinadən xəbər verir ki, Samir Bağırov 26 iyul 2017-ci il tarixdə, saat 13 radələrində qohumu Günel Bağırovaya məxsus Bakı şəhəri, Nizami rayonunda olan mənzilin yataq otağında çarpayıda uzanmış bacısı Vəfanın mobil telefonuna baxıb.

Samir Bağırov bacısının cəlbedici geyim tərzində şəkillərini görüb və bunu rüsvayçılıq kimi qəbul edib. O, bacısına əxlaqsız həyat tərzi keçirdiyini bildirib.

Vəfa onun sözlərinə əhəmiyyət verməyib, şəxsi işinə qarışmamasını istəyib. Bu sözlərdən hiddətlənən Samir onunla mübahisə edib.

Mübahisə zamanı o, Vəfanın saçından tutub, mətbəxdən götürdüyü bıçaqla onun baş və boyun nahiyələrinə zərbələr endirib. Həmin vaxt ardıcıl zərbələr vurması nəticəsində bıçaq qırılıb. Bıçağın qırıldığını görən Samir hamamdan döşəmə silmək üçün istifadə edilən taxtanı götürərək bacısını yenə vurmağa başlayıb.

Samir gözünə düşmüş qan damcısını yumaq məqsədilə hamama girib. Bundan istifadə edən Vəfa ondan yaxa qurtarmaq üçün mənzildən qaçıb.

Mənzildən küçəyə qaçandan sonra Günel təcili yardıma zəng vurub. Təcili yardım onu çatdırılıb.

Vaxtında tibbi yardım göstərildiyi üçün Vəfanın həyatını xilas etmək mümkün olub. Cinayəti törədən Samir polis əməkdaşları tərəfindən yaxalanıb.

Samir Bağırov barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrlik etdiyi kollegiyada baxılıb. Hökmə əsasən, Samir Bağırovun bacısını xüsusi amanszılıqla öldürməyə cəhd etməsi sübuta yetirilməyib.

Bu səbəbdən onun əməli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsüf edilib.

Məhkəmənin hökmü ilə Samir Bağırov 3 il azadlıqdan məhrum edilib. Gürcüstan vətəndaşı olan Samir Bağırov cəzasını Azərbaycanda ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzası başa çatdıqdan sonra Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi qaydada çıxarılması qərara alınıb.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Samir Bağırovu Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə ittiham edilməsini, ona maddənin sanksiyasında nəzərdə tutulmuş cəza növünün təyin edilməsini istəyib.

Həmçinin cinayət işi üzrə zərərçəkmiş Vəfa Bağırova da qardaşından şikayətçi olub. O, qardaşının cəzasının ağırlaşdırılmasını tələb edib.

Samir Bağırov isə apelyasiya şikayəti verərək, cəzasının yüngülləşdirilməsini istəyib.

Tərəflərin şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb. Hakim Vaqif Mursaqulovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, tərəflərin şikayətləri təmin olunmayıb.

Bu qərardan narazı qalan təqsirləndirilən şəxs isə kasasiya şikayəti verib. Onun şikayəti Ali Məhkəmədə İnqilab Nəsirovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim heyəti kasasiya şikayətini araşdırmağa başlayan zaman 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum məhkəməyə ərizə ünvanlayıb. O, ərizəsində şikayətini geri götürdüyünü, bu səbəbdən şikayətinə baxılmamasını xahiş edib.

Hakim heyəti ərizə əsasında məhkumun xahişini nəzərə alıb. Kasasiya şikayəti baxılmadan icraatdan çıxarılıb və geri qaytarılıb.
скачать dle 11.3
Mojo.az Banner