Mojo.az Banner
15:01 Türkiyənin bu əyalətində naməlum infeksiya yayılır  |     14:54 Toydan sonra qonşusunu bıçaqladı  |     14:50 Şuşa Musiqili Teatrında "Su pərisi" olacaq  |     14:43 Bakıda 26, rayonlarda 29 dərəcə isti olacaq  |     14:37 "Sabah"ın oyununa görə metro gücləndirilmiş rejimidə çalışacaq  |     14:30 Cavan Zeynalının başına iş gəlib - Ayaq barmaqları əzilib  |     14:24 Çempionlar Liqası: "Qalatasaray" "Barselona"ya qarşı  |     14:15 Yaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı  |     14:10 Bu tarixlərdə meteor yağacaq  |     14:03 Telefonu diş çöpü ilə təmizləmək təhlükəlidir (SƏBƏB)  |     13:58 Televizor sönülü olsa da qırmızı işıq yanıb-sönür: bu, hansı nasazlığın əlamətidir?  |     13:50 Sudan ödənişli istifadə Qaydaları yeni redaksiyada təsdiqlənib  |     13:46 Saakaşvili Azərbaycanda məktəblərdəki münaqişədən danışdı, İranı ittiham etdi  |     13:41 Laos prezidenti: "Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar"  |     13:33 Bakıda məktəblilərə xəsarət yetirildi: Saxlanılanlar var - Video  |     13:31 Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir  |     13:31 Bir sıra şəxslərin iş və istirahət vaxtı dəyişir  |     13:28 Restoranda pul alarkən tutulmuşdu - Hökm oxundu  |     13:25 Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı  |     13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək?  |    
Mojo.az Avto
Mojo.az Avto

25 yaşlı oğlan öldürüb, meyiti hissələrə bölərək üç rayonda basdırdılar - Azərbaycanda dəhşətli hadisə

02.04.2019 12:24 3 398
25 yaşlı oğlan öldürüb, meyiti hissələrə bölərək üç rayonda basdırdılar - Azərbaycanda dəhşətli hadisə
Azərbaycanda 25 yaşlı oğlan öldürülüb, meyit hissələrə bölünərək üç rayonda basdırılıb.

"Report”un xəbərinə görə, qətl hadisəsi Masallı rayonunda baş verib.

Məlumata görə, 2018-ci ilin dekabr ayında Cəlilabad rayonu, Göytəpə şəhərində R.Kazımovun yaşadığı mənzildən televizor və oyun aparatı oğurlanıb. Hadisəni törətmiş Teymur Məmmədov və Cəlilabad sakini, əvvəllər məhkum olunmuş Əli Ələkbərli tutulub, onun həmyerlisi Sahib Mahmudov isə müəyyən edilib.

Bir müddət sonra – bu ilin yanvar ayının 28-də S.Mahmudovun yaxınları polisə müraciət edərək onun itkin düşdüyünü bildirib. O, həmin gündən itkin düşmüş şəxs kimi axtarışa verilib.

Bu il martın 28-də Ə.Ələkbərlidən narkotik maddə götürülüb və o, tutulub. Onun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində Ə.Ələkbərlinin yanvarın 25-də Masallı rayonunda yerləşən "ADU Piramida” istirahət mərkəzində S.Mahmudovu bıçaqla qətlə yetirdiyi məlum olub. Məlum olub ki Ə.Ələkbərli meyiti Altay Ağamalızadə adlı tanışının köməyi ilə avtomobilə qoyaraq Neftçala rayonuna aparıb. Orada meyit yandırılıb. Meyitin tam yanmadığını görən Ə.Ələkbərli və A.Ağamalızadə cəsədi avtomobillə İmişli rayonuna aparıb. İmişli rayonunda meyit balta ilə hissələrə bölünüb. Həmin şəxslər meyitin hissələrini İmişli, Cəlilabad və Yardımlı rayonlarının ərazilərində basdırıblar. Hazırda A.Ağamalızadə və Ə.Ələkbərli saxlanılıb, onlara qarşı Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb.

Araşdırmalar davam etdirilir.

скачать dle 11.3
Mojo.az Banner