Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:46 Leyla Əliyeva UNESCO-nun baş direktorunun müavini ilə görüşüb  |     19:30 Nağdsız ödənişlərlə bağlı AÇIQLAMA  |     19:16 Azərbaycan XİN İspaniyaya başsağlığı verib  |     19:00 "Qarabağ"ın U-19 komandası "Dinamo"ya uduzub Futbol  |     18:56 VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib  |     18:53 Leyla Əliyeva və Arzu Əliyeva "Cənnətin ariyası" adlı layihə çərçivəsində təqdim olunan konsertdə iştirak ediblər - Foto  |     18:34 İrana qaz Azərbaycandan keçəcək? - Rusiya danışıqların təfərrüatını açıqladı  |     18:22 Astroloqdan 3 günlük xəbərdarlıq: Köhnə sirrlər açılacaq, mübahisələr alovlanacaq  |     18:07 Sabiq bankirin oğlunun məhkəmə işi: "Səsyazısı var, 300 min dollarımı ələ keçirib"  |     17:53 Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb  |     17:43 AFFA "Səbail"in prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb  |     17:23 Yaxın qohumların dələduzluq əməlləri: Dəyən ziyan 5 milyon manata çatdı  |     17:19 Bakıda idarə rəisi vəzifəsindən azad edildi  |     17:06 İspaniyada iki sürət qatarı toqquşdu: 39 nəfər öldü  |     16:49 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı  |     16:47 Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı  |     16:45 Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv edildi  |     16:39 Borca görə hansı əmlaklara həbs qoyula bilər? – AÇIQLAMA  |     16:27 Prezidentdən daşınmaz əmlakın reyestri sistemi ilə bağlı fərman  |     16:09 Ramiz Mehdiyev AMEA-dan qovuldu  |    
Mojo.az Avto
Mojo.az Avto

"Böyük islahatlar gəlir" - Azərbaycan deputatlarının Vaşinqtonda sensasion bəyanatları

30.03.2019 23:00 2 739
Azərbaycan parlamentinin hakimiyyət düşərgəsindən olan üç deputatı bu həftə "hökumətin həyata keçirdiyi siyasi islahatlara dəstək" təmin etmək üçün Vaşinqtona səfər ediblər. "Azərtac" və "Turan"ın Vaşinqton müxbirləri xəbər verir ki, Deputatlar Səməd Seyidov, Sahibə Qafarova və Asim Mollazadə ABŞ paytaxtında bir həftə ərzində Konqresin bir sıra mühafizəkar üzvləri ilə görüşüblər. Və İsrailin ictimaiyyətlə əlaqələr üzrə Amerika Komitəsinin-nüfuzlu yəhudi lobbi qruplaşmasının (AİPAC) təşkil etdiyi illik siyasi konfransda iştirak ediblər.

"Biz siyasi islahatları başlatmaq üçün Vaşinqtona gəlmişik və böyük məmuniyyətlə, zövqlə demək istəyirik ki, bu təşəbbüsü anlamağa, dəstəkləməyə hazır olan insanlarla görüşdük"-Səməd Seyidov ötən gün martın 29-da Azərbaycan hakimiyyətinin peşəkar lobbiçilərinin və diaspor nümayəndələrinin qarşısında çıxışı zamanı deyib.

"Azərbaycan dəyişən Qafqazda: daxili və xarici siyasətdə dəyişiklik" adlı tədbir Vaşinqtonda mənzillənmiş Mərkəzi Asiya və Qafqaz İnstitutunun İpək Yolunu araşdırma Proqramı tərəfindən təşkil olunmuşdu. Tədbirin iştirakçıları arasında Avrasiya yəhudilərinə dəstək üzrə Milli koalisiyadan olan Bella Qoldşteyn və Lesli Vays da yer alırdı.

"Mən ümid edirəm ki, bu hələ başlanğıcdır və bu dayanıqlı inkişaf davam edəcək. Biz Azərbaycan nümayəndələri olaraq bunun üçün əlimizdən gələn hər şeyi edəcəyik"-Səmədov əlavə edib. O, Azərbaycanda "daha böyük islahatlar" vəd edib. Lakin o hansı islahatlardan söhbət getdiyini və həmin islahatların nə zaman həyata keçiriləcəyini dəqiqləşdirməyib.

Tədbirin təşkilatçılarının sözlərinə görə Azərbaycan bu yaxınlarda ölkənin iqtisadi və sosial siyasətini modernləşdirmək üçün bir sıra islahatlar həyata keçirib.

Deputat Mollazadə isə çıxışında bildirib ki, islahatlar üçün "islahatçılar" lazımdır. Onun sözlərinə görə, gənclər ABŞ və Avropa tərəfindən köməyin əsas mənbəyi olmalıdır. "Bizə məmurların tamamilə fərqli davranışları lazımdır, hansı ki, onlar hər şeyə nəzarət etmək kimi sovet ənənəsini yaddan çıxarmalıdır"-Mollazadə deyib.

Mollazadə və Seyidov AİPAC-ın illik siyasi konfransında da çıxış ediblər. "Turan"ın Vaşinqtondakı müxbirinə məlum olub ki, ola bilsin deputatların səfəri xarici işlər naziri Elmar Məmmədyarovu ABŞ-a rəsmi səfərini hazırlamaq məqsədi daşıyır.

Son xəbərlər