Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Narkotik qəbul edib avtobus sürən sürücü tutuldu (FOTO)

30.03.2019 20:29 2 463
Narkotik qəbul edib avtobus sürən sürücü tutuldu (FOTO)
Cəlilabadda içi sərnişinlə dolu mikroavtobusun narkotik vasitə qəbul etmiş sürücüsü saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, Cəlilabad rayonu ərazisində 3 saylı marşrut xətti üzrə hərəkətdə olan 15-BP-496 dövlət nömrə nişanlı, "Mercedes” markalı mikroavtobusun sürücüsü qaydanı pozduğu üçün Cəlilabad RPŞ-nin dövlət yol polisi bölməsinin yol patrul xidmətinin əməkdaşları tərəfindən ona "saxla” işarəsi verilib.

Bu zaman mikroavtobusun sürücüsü olan Cəlilabad rayonunun Soltankənd kəndinin sakini Oqtay Abbasovun ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı müəyyən olunub, eyni zamanda, hərəkətləri şübhə doğurduğu üçün o, tibbi müayinəyə dəvət edilib.

Müayinə zamanı O.Abbasovun narkotik vasitə qəbul etdiyi məlum olub.

O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə bir ay müddətinə inzibati qaydada həbs edilib.


скачать dle 11.3
Mojo.az Banner