Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Paytaxtda təbii qazın verilişində olan məhdudiyyətin nə zaman aradan qalxacağı bəlli oldu

29.03.2019 20:18 1 504
Paytaxtda təbii qazın verilişində olan məhdudiyyətin nə zaman aradan qalxacağı bəlli oldu
Paytaxtın Binəqədi və Nizami rayonları ərazisində təbii qazın verilişi məhdudlaşdırılıb. Bu barədə açıqlama verən "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbəlayev qeyd edib ki, məhdudiyyətə səbəb görülən təmir işləridir:

“Hər iki rayonda yeni çəkilən və diametri 315 milli metrlik olan yeraltı qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi təbii qazın verilişndə məhdudiyyətə səbəb olub. Bundan başqa, Kürçaylı və Şərifli küçələrinin kəsişməsinə düşən avtomobil yolunun yenidən qurulması ilə bağlı olaraq tikinti sahəsinə aid yeraltı qaz xəttində də təmir işləri gedir. Belə ki, diametri 373 milli metrlik orta təzyiqli yeraltı qaz xəttinin əsaslı təmir olunması Nizami rayonunun Qara Qarayev, Süleymanov, Bəhruz Nuriyev, Naxçıvanski, Rüstəmov, Manafov və Nəvai küçələrində təbii qazın verilişində fasilələrin yaranması ilə nəticələnib”.

“Eyni zamanda Binəqədi rayonunun 6-cı mikrorayon, 7-ci mikrorayon, 8-ci mikrorayon və 9-cu mikrorayon adlanan ərazilərində, Rəsulzadə qəsəbəsində, “Xutor” adlanan ərazinin bir hissəsində belə problemlər müşahidə olunub” – deyə həmsöhbətimiz əlavə edib.

İ.Kərbəlayev gün ərzində təbii qazın verilişinin təmin olunacağını söyləyir.//sputnik.az

Son xəbərlər