Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Polisdən daha bir nümunəvi addım – Xəstə uşağın həyatını xilas etdi

29.03.2019 18:18 2 813
Polisdən daha bir nümunəvi addım – Xəstə uşağın həyatını xilas etdi
Bakı şəhər sakini Kazım Hüseynov Daxili İşlər Nazirliyinə ünvanladığı təşəkkür məktubunda polis əməkdaşlarına minnətdarlığını bildirir.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Baku.ws-ə məlumat verilib.

Verilən məlumata görə, K.Hüseynov qeyd edir ki, Novruz bayramı ərəfəsində Balakən rayonunda dayısıgildə qonaq olub. Martın 24-də dayısının yeni doğulmuş körpəsinin səhhəti qəfildən pisləşib.

Uşağı Qax rayonunda olan həkim pediatora çatdırmaq lazım gəlib. Onlar təcili Qax şəhərinə yollanıblar.

Yolu tanımadıqlarından şəhərin girişində xidmət aparan Yol Patrul Xidməti avtomobilinə yaxınlaşıblar.

Vəziyyəti polis əməkdaşına izah edərək körpəni təcili həkimə çatdırmaq üçün yolu soruşublar. Yol polisi əməkdaşı xidməti avtomobili ilə onları xəstəxanaya qədər müşayiət edib.
Müəllif polisin bu cür davranışının, diqqət və qayğısının, xeyirxah və humanist əməllərinin insanlarda çox böyük fərəh hissi oyatdığını yazır.

O, şəxsi heyətin xalqa xidmət ruhunda tərbiyə olunmasına, humanizminə görə DİN rəhbərliyinə, həssas münasibətinə görə Qax DYPB-nin əməkdaşı Anar Qurbanova təşəkkürünü bildirir.нскачать dle 11.3
Mojo.az Banner