Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür | 22:56 Ən yüksək pensiya verilən ölkələr – İldə 30 min avrodan çox | 22:50 Abşeronda kişi işləmək istəyən arvadını vəhşicəsinə döydü | 22:41 Turşu xiyarların xarab olmaması üçün nə etməli? | 22:36 “Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə də gedirəm” - Elza Seyidcahan | 22:30 Qərar qəbul edildi - Bu məhsullar BAHALAŞACAQ | 22:22 Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi | 22:17 Süni intellektdən tibbi məsləhət alanlara XƏBƏRDARLIQ | 22:10 Məşhur sovet aktrisası vəfat etdi | 22:02 Türkiyədə qeyri-adi balıq tutulub - FOTO | 21:57 Azərbaycan bu meyvənin satışından 33 milyon dollar qazanıb | 21:50 Böyük pul qazanmaq istedadı olan BÜRCLƏR | 21:45 Paket çay içənlərə xəbərdarlıq | 21:36 Səudiyyə Ərəbistanına raket və dron hücumu: Husilər strateji obyektləri hədəf aldılar | 21:28 General-mayor olan hərbçilər kimlərdir? - Dosye | 21:20 Sümükləri möhkəmləndirmək üçün təkcə kalsium kifayət deyil - 7 məhsul | 21:17 "Arsenal" "Hall Siti"ni tək qolla üstələdi | 21:15 İspaniyanın məşhur fəvvarəsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı | 21:12 İlham Əliyev: "Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!" - Video | 20:05 Prezidentin sosial media hesablarında Şuşa, Xankəndi və Ağdama səfəri ilə bağlı videoçarx paylaşılıb |
Mojo.az Avto
Mojo.az Avto

Mətbuat işçilərinə şad xəbər: Bu məhsulların üzərindən ƏDV götürülür

28.03.2019 22:08 1 847
Mətbuat işçilərinə şad xəbər: Bu məhsulların üzərindən ƏDV götürülür
Nazirlər Kabinetindən (NK) ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızları üzərindən əlavə dəyər vergisinin (ƏDV) götürülməsi ilə bağlı təklifə münasibət bildirilib.

Median.Az
xəbər verir ki, qeyd olunub ki, Vergi Məcəlləsinin 164.1.7-ci maddəsinə əsasən, KİV məhsullarının alqı-satqısının bütün növləri üzrə dövriyyələr, kütləvi informasiya vasitələri məhsulları istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad edilib. Hesab olunur ki, sözügedən azadolma bu sahədə istehsal olunan məhsulların satış qiymətinin azalmasına müsbət təsir edir.

Vergi Məcəlləsinin 164.1.35-ci maddəsinin müddəalarına əsasən, siyahısı Azərbaycan Prezidenti tərəfindən müəyyən olunan xammalın və materialların idxalının ƏDV-dən azad edilməsi nəzərdə tutulub.

Qəzet kağızı və hazır çap məhsulları həmin siyahıya daxil edildiyi halda qeyd olunan malların idxalı ƏDV-dən azad oluna bilər.

Qeyd edək ki, ölkəyə gətirilən hazır çap məhsulları və qəzet kağızları əvvəllər ƏDV-yə cəlb edilmirdi. Artıq bir neçə ildir ki, bu verginin tətbiqinə başlanılıb.

Son xəbərlər