“Diqlas”da yanan malın pulunu kim ödəməlidir, günahkar kimdir? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 "8-ci kilometr" bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı  |     22:55 Bakının bu ərazisində evlər söküləcək  |     22:43 Bu klublara avrokuboklar və Premyer Liqada iştirak üçüm lisenziya verildi  |     22:37 Papa seçimi: Bağlı qapılar arxasında inanılmaz detallar - Bu qidalar niyə qadağandır?  |     22:31 Deputata məxsus olduğu deyilən şirkətə 120 milyon manatlıq sifariş  |     22:22 Həkimlərin bonusları 6 aydır niyə ödənilmir? (AÇIQLAMA)  |     22:16 Məhkəmə Əhməd Məmmədli ilə bağlı həbs qərarı verdi  |     22:11 Bakıda evi plana düşən sakinlər narazılıq edir: "48 000 AZN-ə ev ala bilərəm?" - VİDEO  |     22:03 Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir? - VİDEO  |     21:57 Tramp Zelenski ilə telefonla danışmaq niyyətindədir  |     21:49 Ərdoğan Pakistan və Hindistana çağırış edib  |     21:43 Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib  |     21:35 AYNA mayın 9-da hansı müntəzəm marşrutların hərəkət sxemində dəyişiklik edib?  |     21:30 Bu il 10 min şagird kompüter vasitəsilə monitorinq olunacaq  |     21:22 Julyen de Frepo: "Belçika şirkətlərinin Qarabağda infrastruktur layihələrdə iştirakı mümkündür"  |     21:11 Azərbaycanda növbəti torpaq hərracı elan edilib  |     21:02 Azərbaycanda 70-dən çox talassemiya xəstəsi sümük iliyi köçürülməsi üçün növbə gözləyir  |     20:57 NATO tarixində ilk dəfə türk general direktor vəzifəsinə seçilib  |     20:50 Heç bir ölkə kiberhücumlardan tam müdafiə oluna bilməz - RƏY  |     20:44 Ağ tüstü çıxdı: Yeni Roma Papası seçildi  |    

“Diqlas”da yanan malın pulunu kim ödəməlidir, günahkar kimdir?

“Diqlas” son mərtəbəsinədək yanıb kül oldu və bu hadisə özü ilə qanunsuzluqların, problemlərin, “kölgə biznesi”nin sadə vətəndaşlara vurduğu ziyanın daha bir nümunəsinə çevrildi.

Hadisə zamanı ilk yada düşən isə sığorta oldu. Düzdür, fiziki şəxslər əmlaklarını icbari qaydada sığortalamaqdan yayınsalar da, “Diqlas” kimi ticarət obyektləri mütləq sığortalanırlar, çünki bunu Fövqəladə Hallar Nazirliyi tələb edir.

Nazirlik sahibkarlıq subyektlərində yanğın balonlarının olması, yanğın təhlükəsizliyi, təxliyyə planı, icbari sığorta ilə bağlı şəhadətnaməni istəyir, hətta olmayanda cərimə edir. Buna görə də sahibkarlıq subyektləri əksər hallarda ölkədə “əmlak sığortaçısı” kimi tanınan “Azsığorta” şirkətində öz əmlaklarını sığortalayırlar ki, yoxlama gələndə göstərməyə sənədləri olsun.

Bəli, məhz göstərmək üçün, ona görə ki, etdirdikləri sığorta da elə bu xarakterdə olur.

Sığorta eksperti Xəyal Məmmədxanlı deyir ki, bu obyektlərin heç biri və ya əksəriyyəti real dəyəri həcmində sığortalanmayıb:

“Sadəcə Fövqəladə Hallar Nazirliyinə kağız göstərmək üçün 5-10 milyon manat dəyərində obyekti ən yaxşı halda 50 min manata, bəzən 50-60 manata belə sığortalayırlar. Bu da olur natamam sığorta”.

Və bu qeyri-real sığortanı qəbul edən sığorta şirkətləri də var, bu da bir ayrı qanunsuzluqdur. Nəticə isə odur ki, ödəniləcək sığorta onlara dəyən ziyanın yanında heç nədir.

Amma “Diqlas” kimi obyektlərin ən böyük probemlərindən biri də odur ki, onlar yararsız yanğın təhlükəsizliyi sisteminə malikdirlər. Bəs buna nəzarət edən qurum hara baxırdı?

“Bu gün Azərbaycanda fəaliyyət göstərən ticarət mərkəzlərini və bazarlarını sığortalamaq da mümkün deyil. Heç bir sığorta şirkəti o riskin altına girib məsuliyyəti öz üzərinə götürməz”, - deyən X.Məmmədxanlının fikrincə, satılan malların sığorta olunması da mümkün deyildi.

Ona görə də sadə ticarətçiyə “Niyə mallarınızı sığorta etmirdiniz?” iradı belə çox yersizdir.

Səbəbini peşəkar sığortaçı belə izah edir ki, malların sığortalanması mövcud vəziyyətdə real deyildi, çünki həmin malların rəsmi uçotu yoxdur, rəsmi maya dəyəri müəyyən edilməyib.

“İnanın ki, əksər sahibkarlarda malların rəsmi məlumatları yoxdur, nə gömrükdən rəsmi keçid deklarasiyası, nə maya dəyəri. Sahibkar deyəcək bu qədər malım vardı, sığorta şirkəti deyəcək, yox, bu qədər. Ona görə də malların 99 faizi sığortasızdır. Vətəndaşlarımız primitiv yanğın təhlükəsizliyi qaydasını belə bilmirlər”, - deyə ekspert vurğulayır.

Milyonlar dəyərində yanan malın pulunu kim ödəməlidir, günahkar kimdir?

Mal sahibləri hər ay “Diqlas”a icarə haqqı ödəyiblər. Onlardan bir neçəsi ilə söhbətimizi olduğu kimi təqdim edirik.

Südabə Rəhimova: “22 kvadrat metrlik yerə hər ay 300 manat ödəyirdim. Deyirdilər ki, icarə haqqı, vergi, sığorta, təhlükəsizlik - hamısı bunun içindədir. Altı ildir hər ay icarəyə baxan Dilqəm adlı adama 300 manat pul ödəmişəm. İndi 50 min manatlıq malım yanıb, heç birini tapa bilmirik. Biz pulumuzu kimdən alaq?”

5-ci mərtəbədəki gəlinlik mağazasının sahibi: “200 kvadrat metrə hər ay 1500 manat ödəmişik. Deyirdilər ki, hamısı bu pulun içindədir, indi qaçıb gizləniblər”.

“Bəs bu pulu verəndə əvəzinə hansı sənədi alırdınız? İcarə müqaviləniz varmı?” sualımıza cavab olaraq “Diqlas”dan yer icarəyə götürən hər iki şəxs belə cavab verdi:

“Deyirdilər ki, özümüz hamısını həll edirik, heç bir sənəd belə verməyiblər”.

Bu isə “kölgə biznesi”nin səviyyəsini göstərən adi bir nümunədir.

Bütün xidmətlərin pulunu alan obyekt sahibi məsuliyyət daşıyırmı? Bəli, bu, birmənalıdır, çünki icarə haqqı ödənilirsə, obyektin sahibi mala görə məsuliyyət daşımalıdır.

Əgər istintaq zamanı müəyyən olunsa ki, yanğına ticarət mərkəzindəki obyektlərdən biri səbəb olub, bu halda belə obyekt sahibi cavabdehlik daşıyır, çünki yanğın təhlükəsizliyinə əməl olunmayıb, eləcə də, digər fövqəladə halların baş verməməsi üçün obyekt zəruri təhlükəsizlik tədbirləri görməyib.

X.Məmmədxanlı miqyasına görə, Binə və Sədərək ticarət mərkəzlərindəki vəziyyəti də nümunə çəkib:

“Hər gün ora 200-300 min insan gedir, orada hansı təhlükəsizlik tədbirindən danışmaq olar? Hər şey taleyin ümidinə qalıb. Fövqəladə hal baş versə, minlərlə insan tələf ola bilər”.

Ekspert təkliflərlə çıxış edib:

1. İnsanların kütləvi olduğu yerlərdə ciddi təhlükəsizlik tədbirləri olmalıdır. Bütün standartlara ciddi əməl olunmalıdır.

2. Vətəndaşlara yanğın təhlükəsizliyi təlimləri keçirilməlidir. İnsanlar təxliyyə, fövqəladə vəziyyətlərdə davranış qaydalarını bilməlidirlər.

3. Bütün fəaliyyətlər rəsmi və şəffaf olmalıdır ki, sığorta şirkətləri riskləri sığortalasınlar.

“Diqlas” yanğını birinci hadisədirmi? Xeyr. Artıq “8-ci km bazarı”nda, Binə və Sədərəkdə bir neçə dəfə analoji yanğınlar olub. Hansı nəticələri çıxarmışıq? Heç birini, əgər belə olsaydı, yaşayış massivində, prospektlərdən birinin düz kənarında yerləşən “Diqlas” son mərtəbəsinədək külə dönməzdi!

//oxu.az
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 691 27.03.19 16:23