Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |    
Mojo.az Avto
Mojo.az Avto

Baxımsız piyada keçidləri – VİDEO

27.03.2019 13:46 2 286
Baxımsız piyada keçidləri – VİDEO
Bəzən piyadalar keçidlərdən istifadə etməməkdə günahlandırılır. Amma bəzi piyada keçidlərinin vəziyyətini gördükdə, sakinlərin onlardan niyə istifadə etmədikləri məlum olur. Çünki bir çox keçid zibillə dolub- daşir, bəzilərində isə eskalatorlar işləmir.

Bir çox yol qəzalarının səbəbi insanların piyada keçidlərindən istifadə etməmsidir. Amma paytaxtdakı bir çox piyada keçidlərinin vəziyyəti də bunda az rol oynamır.

Məsələn, Binəqədi rayonu Müşfiqabad qəsəbəsindəki yerüstü piyada keçidi bərbad vəziyyətdədir.

Sakinlərin sözlərinə görə, yerüstü keçid bir neçə il əvvəl tikilərək istifadəyə verilib. Əvvəllər keçid təmizlənsə də, sonradan baxımsızlıq üzündən keçilməz hala düşüb.

Sakinlər deyir ki, Bakı-Şamaxı magistralının üstündə olan həmin keçidə dəfələrlə təmizləmək üçün aidiyyəti qrumlara müraciət ediblər. Yeni inşa edilən keçidin problemi tək natəmizlik deyil. İşıqlandırma və məhəccərəri də yox səviyyəsindədir.

Qaranlıq və natəmiz olduğu üçün sakinlər məcbur qalıb, həyatlarını təhlükəyə ataraq avtomobillərin sürətlə hərəkət etdiyi yoldan keçirlər.

Çəkiliş apardığımız zaman əraziyə Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları gələrək təmizlik işləri görməyə başladılar.

Paytaxtın Xətai rayonu Nobel prospektindəki yerüstü piyada keçidi və Nəsimi rayonu Rəşid Behbudov küçəsində isə yeraltı keçidlərdə bir müddət olar ki, eskalator işləmir.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, həmin eskalatorların ehtiyat hissələri sıradan çıxıb. Hazırda həmin hissələr xarici ölkədən sifariş edilib və yaxın günlədə təmir olunacaq. Zibillənən keçidlərə gəldikdə isə, qrum rəsmisi bunun vətəndaşların məsuliyyətsizliyi üzündən baş verdiyini deyir. O, həmin keçidlərin mütəmadi təmizləndiyini bildirib.

Son xəbərlər