Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Paytaxtda 5 ərazidə yerüstü və yeraltı piyada keçidləri inşa edilir - FOTO

07.03.2019 20:20 4 282
Paytaxtda 5 ərazidə yerüstü və yeraltı piyada keçidləri inşa edilir - FOTO
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, Bakı şəhərində 5 ərazidə yerüstü və yeraltı piyada keçidləri inşa edilir.

Sözügedən piyada keçidləri metal və dəmir-beton konstruksiyalı olmaqla avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazilərdə inşa edilir. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.

Hal-hazırda Bakı şəhərində 5 ərazidə piyada keçidlərinin inşası aparılır. Bunlar aşağıdakılardır:

1. Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsində yeraltı piyada keçidi. Piyada keçidinin uzunluğu 57,4 m, qalereyasının eni 4,4 m, hündürlüyü isə 3,2 m-dir. Keçid bağlı qazma üsulu ilə inşa edilir.

2. Moskva prospektinin 20 yanvar küçəsi ilə kəsişməsində, "Şamaxı yolu" adlanan ərazidə yerüstü piyada keçidi. Keçidin uzunluğu 227 m, eni 2,7 m, yoldan hündürlüyü isə 5,5 m-dir. Piyada keçidi "asma" tipli və üst hissəsi açıq olacaq.

3. Qala-Pirallahı avtomobil yolunun 3,6-cı km-də yerüstü piyada keçidi. Piyada keçidinin uzunluğu 45 m, eni 3,5 m, yol üzərindən hündürlüyü isə 5,5 m təşkil edir.

4. Mərdəkan-Zuğulba yolunda yerüstü piyada keçidi. Piyada keçidinin ümumi uzunluğu 59,4 m, oxdan-oxa uzunluğu 52 m, kənar dayaqlarda hündürlük isə 5,15 m təşkil edir.

5. Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 13-cü km-də (Hökməli dairəsinin yanı). Dəmir-beton özül dayaqları üzərində qurulan metal konstruksiyalı piyada keçidi 1 aşırımlı (orta dayaqsız) və üstü açıqdır. Keçidin eni 3 m, yol səthindən hündürlüyü 5,5 m təşkil edəcək.

Bundan başqa daha 5 yerdə də yeni piyada keçidlərinin inşası nəzərdə tutulur. Bu aşağıdakı ərazilərdir:

1. Tbilisi prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində.

2. Xətai rayonu, Neapol küçəsi (parkın yanı).

3. Zığ yolunda (Zığ dairəsinin yaxınlığı).

4. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 27,7-ci km-də (Ceyranbatan qəsəbəsi).

5. Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədio avtomobil yolunun 39-cu km-də (Qaradağ rayonu).

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Bakıda və Bakı ətrafı yollarda 2016-2018-ci illər ərzində 3 yeraltı, 19 yerüstü piyada keçidi inşa olunub.//milli.az

скачать dle 11.3

Son xəbərlər