Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Məşhur spirtsiz içkidən siçan çıxdı - FOTO

23.03.2019 19:58 4 619
Məşhur spirtsiz içkidən siçan çıxdı - FOTO
Türkiyə də daxil olmaqla, bir çox ölkədə satılan və dünyanın ən böyük qurumlarından biri olan ABŞ mərkəzli spirtsiz içki şirkəti ölü siçan şokunu yaşayır.

Median.Az
Musavat.com-a istinadən xəbər verir ki, Fransada yaşayan bir adam nahar zamanı içdiyi koladan son qurtum aldıqdan sonra qabın içində ölü siçan olduğunu fərq edib.

1800-cü illərdə istehsala başlayan spirtsiz içki markasında ölü siçan şoku yaşanır. Hadisə 7 martda Fransanın cənubundakı Varenne-sur-Seine bölgəsində yaşanıb.

Adının Damien olduğunu deyən 34 yaşındakı adam işdən çıxıb evə getdiyi zaman pizzanın yanında kola tərkibli içki də sifariş edib. Yeməyini bitirdikdən sonra kolasından son bir qurtum alan və qabı atmağa hazırlaşan adam onun içindəkini görüncə qorxub.


Şəkil xüsusən də sosial mediada böyük bir mübahisəyə səbəb olub. Qabın içinə diqqətlə baxan adam orada kiçik bir pəncə görüb və daha da yaxından baxıb, bir siçan ölüsünün qabın içində olduğuna əmin olub.

Fransanın çox oxunan qəzetlərindən Le Parisien'ə açıqlama verən kişi aşağıdakıları bildirib: "Dərhal şirkətə zəng etdim və mənim dərdimi dinlədilər. Bir saat boyunca danışandan sonra mənə 6 qab kola göndərmək istədilər. Daha sonra da bildirdilər ki, siçan qabın içinə istehsal zamanı girə bilməzdi".

Şirkətdən içki qabını araşdırmaq istədiklərini də deyiblər. Amma Damien buna etiraz edib: "Bu qabı vermək istəmirəm. Çünki bu, yaşadıqlarımın tək sübutudur. Kola qabını soyuducuda saxlayıram".

Yaşadıqlarından sonra sağlamlıq vəziyyətindən narahatlıq keçirdiyini deyən adam xəstəxanada 21 gün boyunca nəzarət altında qalacaq. Həkimlər siçanın ağız suyundan yaranan narahatlıqların və infeksiyaların qarşısını almaq üçün müəyyən müdaxilələrə başladıqlarını açıqlayıblar.

Son xəbərlər