Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Çinli qumarbaz borca düşdü, azyaşlı oğlunu satdı – VİDEO

21.03.2019 17:31 4 223
Çinli qumarbaz borca düşdü, azyaşlı oğlunu satdı – VİDEO
Çinin Quyçjou əyalətinin, Quyan şəhərinin sakini borcun altından çıxmaq üçün bir yaşlı oğlunu satıb.

Bu haqda Daily Mail məlumat yayıb.

İşsiz olan həmin şəxs qumar alüdəçisidir. Mütəmadi olaraq internetdə mərc oyunları oynadığından 60 min yuandan (təx.15 min manat) çox borcu yığılıb. Götürdüyü borcu qaytara bilmək üçün oğlunu tanımadığı bir cütlüyə təklif edib. O gənc ailəyə yalandan and-aman edib ki, həyat yoldaşı ilə boşanıb və uşağını təkbaşına boya-başa çatdırmağa heç bir imkanı qalmayıb. Onlar pul müqabilində uşağı övladlığa götürüblər.

2018-ci ilin noyabr ayında “qumarbaz” ata oğlunu 1,8 min kilometr uzaqda, başqa əyalətdə yaşayan “alıcılara” aparıb. Həyat yoldaşını sakitləşdirmək üçün uşağın nənəsinin yanında qaldığını deyib. Ana hər dəfə oğlunu soruşanda, ona yeni-yeni bəhanələr gətirib.

Üç aydan sonra qadın ərinin onu aldatdığından şübhələnməyə başlayıb. Onun mobil telefonunu yoxlayaraq, “alıcılarla” yazışmalarını aşkarlayıb. Əmin olmaq üçün qaynanasının evinə baş çəkib. Sonuncu ona nəvəsini uzun müddət görmədiyini söyləyib. Bundan sonra o polisə müraciət etməli olub, əri isə aradan çıxmağa qərar verib.

Yalnız martın 14-də uşaq tapılaraq anasına təhvil verilib. Bu arada hüquq mühafizə orqanları uzun müddət Quyan şəhərinin hotellərindən birində gizlənən “qumarbaz atanı” həbs edib. Ona qarşı insan alveri maddəsilə cinayət işi açılıb.


Son xəbərlər