Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

"Qrand" oteldə sevgilisini öldürən qadına hökm oxunub

18.03.2019 15:12 5 457
Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Günel Hüseynovanın (1987-ci il təv.) CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, qətl ötən il iyunun 25-də Binəqədi rayonu, Ə. Naxçıvani küçəsində yerləşən “Qrand” oteldə baş verib.

Məlum olub ki, Günel Hüseynova yaxın münasibətdə olduğu Vüqar Atakişiyev ilə otelin 2-ci mərtəbəsində otağlardan birini kirayələyib. Gecə saatlarında mübahisə başlayıb, hamam otağında qadın bıçaqla oğlanın boğazına, ardınca isə bədən nahiyyəsinə zərbələr endirib. Atakişiyev kəskin qanitirmədən hadisə yerində keçinib.

Daxil olan məlumat əsasında hadisə yerinə Binəqədi RPİ və rayon prokurorluğunun əməkdaşları cəlb olunub, məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə və hadisə yerinə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb. Günel Hüseynova, həmçinin “Qrand” otelin rəhbərliyi saxlanılıblar.

Məhkəmənin hökmü ilə təqsirləndirilən qadın 15 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.скачать dle 11.3
Mojo.az Banner