Mojo.az Banner
23:01 Bu rayonun bəzi ərazilərində işıq olmayacaq  |     22:55 Ərdoğan BMT-də Azərbaycan və Ermənistan arasında daimi sülhdən danışdı  |     22:48 Payız Azərbaycana bu gecə daxil olacaq  |     22:43 Bu ərazilərdə yaşayanlar köçürüləcək  |     22:34 Bakıda bütün universitetlər distant təhsilə keçdi  |     22:29 “İçərişəhər” istiqamətində yeni nəsil qatarların sayının az olmasının səbəbi açıqlandı  |     22:22 Ceyhun Bayramov isveçrəli həmkarı ilə görüşüb  |     22:18 Paytaxt yollarında sıxlıq: Məlumat lövhəsi olmayan qazıntı ərazisi - Video  |     22:16 İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırıldı - Agentlikdən açıqlama (Yenilənib)  |     22:13 Biləcəri qəsəbəsində daşan kanalizasiya sakinlər üçün təhlükə yaradır - Video  |     21:59 Cəlilabadda bədbəxt hadisə baş verib  |     21:53 Naxçıvanda sürət yarışı keçirən qohumlar TUTULDU  |     21:45 Xəbərdarlıq edildi: 24 sentyabrdan...  |     21:40 Azərbaycanda işləmək istəyən əcnəbilərin sayı bəlli oldu - RƏSMİ  |     21:34 Məkkə və Mədinəyə ziyarətlər dayandırılacaq?  |     21:26 Eyni soyadlı cütlüklər daha az boşanır  |     21:21 Bu bürclərin həyatında möcüzə baş verəcək  |     21:13 Qaxda köşk qalmaqalı: Vətən müharibəsi iştirakçısının köşkü qanunsuz sayıldı, 1 illik cəza aldı  |     21:07 Alimlər ağrı zamanı beyində informasiya axınının dəyişdiyini aşkar etdi  |     21:00 Bank kreditlərinə alternativ: İstiqraz bazarı faizləri necə aşağı sala bilər?  |    
Mojo.az Avto
Mojo.az Avto

Bəzi peşələr üzrə təhsil alanların say həddi müəyyənləşdi

14.03.2019 12:24 3 770
Bəzi peşələr üzrə təhsil alanların say həddi müəyyənləşdi
Peşə təhsili müəssisələrinin ayrı-ayrı peşə istiqamətləri üzrə tədris qruplarında təhsil alanların say həddi müəyyən edilib.

Bu barədə qərarı baş nazir Novruz Məmmədov imzalayıb.

Qərara əsasən, peşə istiqamətləri üzrə tədris qruplarında orta sıxlıq 10 nəfərdən az, 20 nəfərdən çox olmamaqla müəyyən edilir:

“Sənətşünaslıq, mədəniyyət və incəsənət” peşə istiqamətində aşağıdakı ixtisas qrupları üzrə:

1. “030104 Memarlıq hissələrinin modelləşdirilməsi və yapılması”;

2. “030105 Dekorativ suvaq və yapma məmulatlarının bərpası”;

3. “030106 İnşaat işlərinin bərpası”;

4. “030107 Xalça və xalça məmulatlarının bərpası”;

5. “030108 Daş və ağac memarlıq abidələrinin bərpası”;

6. “030109 Musiqi alətlərinin bərpası”;

7. “030110 İnteryer və eksteryerin bədii tərtibatı”;

8. “030112 Ağacdan, keramikadan, metaldan hazırlanan bədii məmulatlar”;

9. “030113 Ağac və parça üzərində naxış və rəssamlıq”;

10. “030119 Xalq bədii yaradıcılığı”;

“İqtisadiyyat, xidmət, avtomatika və idarəetmə” peşə istiqamətində aşağıdakı ixtisas qrupları üzrə:

1. “030207 Kino-video nümayişi”;

2. “030211 Fotoqraf işi”;

“İlkin tələbat və ərzaq mallarının texnologiyası” peşə istiqamətində aşağıdakı ixtisas qrupları üzrə:

1. “030818 Tikiş istehsalatı”;

2. “030819 Modelçilik və dizayner”.

Bu Qərarın 1-ci hissəsində göstərilən peşə istiqamətləri istisna olmaqla, digər peşə istiqamətləri üzrə tədris qrupları 15 nəfərdən az, 20 nəfərdən çox olmamaqla formalaşdırılır.

Tədris qruplarında təhsil alanların sayı 16 nəfərdən çox olduqda, laboratoriya və istehsalat təlimi dərslərində həmin qruplar iki yarımqrupa bölünə bilər.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner