Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İki nəfərin qətli ilə bağlı Rusiyada saxlanılan Müşfiq Quliyev Azərbaycana gəldi

13.03.2019 18:06 2 940
İki nəfərin qətli ilə bağlı Rusiyada saxlanılan Müşfiq Quliyev Azərbaycana gəldi
Bir müddət əvvəl Rusiyanın Orenburq bölgəsində iş adamı və övladını öldürməkdə şübhəli bilinən Müşfiq Quliyev 10 ay müddətində miqrasiya xidmətində saxlanıldıqdan sonra martın 1-də buraxılıb.

Bununla bağlı “Exo”ya “Orenburqdakı azərbaycanlıların milli konqresi”ndən məlumat verilib.

Təşkilatın prezidenti İlkin Kərimov deyib ki, M.Quliyevin üzərindən ittiham götürülüb və o, martın 1-də Azərbaycana gəlib.

Konqres prezidentinin müşaviri Alik İbrahimov bildirib ki, bir ay əvvəl Azərbaycan vətəndaşı kömək üçün prezidentə, Rusiya İstintaq Komitəsinin sədrinə, Orenburq qubernatoruna və digər instansiyalara müraciət edib.

Xatırladaq ki, ötən il Müşfiq Quliyev Abdulina qəsəbə sakini olan iki nəfərlə birlikdə saxlanılıb. Hər üç şəxs polis tərəfindən döyüldüklərini bildiriblər və bundan sonra istintaq təcridxanasından azad ediliblər. Bu müddət ərzində M.Quliyevin Rusiyada qalma müddəti başa çatdığı üçün o, bu ölkəni tərk edə bilməyib və miqrasiya xidmətində saxlanılıb.

Hələlik M.Quliyev kompensasiya tələb edib-etməməsi ilə bağlı heç bir məlumat yoxdur. İstintaq Komitəsi hələ də məsələni şərh etməyib.скачать dle 11.3
Mojo.az Banner