Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:14 Atasının ölümünə səbəb olan şəxs həbsdən buraxıldı | 14:07 Gülben Ergen Azərbaycanda uşaq bağçası açmaq istəyir | 13:57 Sumqayıtda 25 yaşlı qadın xəstəxanaya aparılarkən yolda öldü | 13:33 Sabah Bakıda 20 dərəcə isti olacaq | 13:26 İpoteka kreditləri niyə vətəndaşlar üçün əlçatan deyil? – AÇIQLAMA | 13:18 Bakı, Sumqayıt və Abşeronda pensiyalar nə vaxt ödəniləcək? | 13:05 DİN və ETSN birgə əməliyyat keçirdi: Altı nəfər saxlanıldı - Video | 13:02 Azərbaycanda rektor məsləhətçisi vəfat etdi | 12:45 Azərbaycan nefti bahalaşıb | 12:45 Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi | 12:43 Bakıda işçinin əri sex müdirini döydü: Yumruqla dişlərini sındırdı | 12:33 Rusiyalı turistlərin Yeni il tətili üçün Azərbaycana marağı ikiqat artıb | 12:06 Qubada sərxoş kişi qəbiristanlıqda öldü | 12:04 Büdcədən Azərbaycan kinosuna milyonlarla manat ayrılır | 11:59 Azərbaycanda idmana 35 milyon manatdan çox pul xərclənəcək | 11:41 Zidan "Yuventus"da işləməyə razıdır | 11:33 Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO | 11:17 Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib - Foto | 11:13 Azərbaycanda sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var - Hadisənin detalları | 11:08 Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım edilib |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda qohum olmayan şəxslər də donor ola biləcək

12.03.2019 17:45 3 632
Azərbaycanda qohum olmayan şəxslər də donor ola biləcək
Ölkədə orqan transplantasiyası ilə bağlı yeni hazırlanan qanun layihəsində qohum olmayan şəxslərin də donor ola bilməsi təklif edilir.

Bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev orqan transplantasiyası üzrə keçirilən dinləmələrdə çıxış edərkən deyib.

O bildirib ki, yeni qanun layihəsində donorların, resipiyentlərin reyestrinin aparılması, eyni zamanda, resipiyentlərin gözləmə vərəqəsinin olması nəzərdə tutulur ki, bu gözləmənin də elektron qaydada aparılması təklif edilir.

M.Quliyev əlavə edib ki, layihədə canlı donorlardan orqanların götürülməsi məsələsi öz əksini tapıb:

“Resipiyentlər qohum ola bilərmi, yaxud qohum olmamalıdırlar? İndiki qanunvericlikdə yalnız qohumlardan donorluğa icazə verilir. Amma dünya təcrübəsində kiminsə könüllü şəkildə donor olmasına icazə verilir. Biz buna görə hüquqi maneə törətməməliyik. Ona görə də hesab edirik ki, resipiyent qohum ola da bilər, olmaya da”.

Komitənin sədr müavini qeyd edib ki, şəxs sağlığında orqanlarının transplantasiya üçün istifadəsinə icazə verirsə, o, dünyasını dəyişdikdən sonra qohumlardan icazə almadan, bu icazə olmadıqda isə onun yaxınlarının icazəsi ilə transplantasiya icra edilə bilər:

“Meyitdən orqan nəqlinə olduqca ehtiyatlı yanaşmaq lazımdır”.

Deputat deyib ki, icbari tibbi sığorta paketinə də orqan transplantasiyası xidmətinin ya tam şəkildə, ya da onun xərclərinin müəyyən hissəsinin daxil olması nəzərdə tutulur:

“Azərbaycanda insan orqanlarının alqı-satqısı və reklamı qadağandır”.

Son xəbərlər