Mojo.az Banner
17:20 Çexiya prezidenti ölkə hökumətinə qarşı məhkəmə iddiası qaldırdı  |     16:55 Yağıntılı hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ: Neçə gün davam edəcək?  |     16:25 Anar Ələkbərov Polad Bülbüloğlu ilə Şuşada Bülbülün ev-muzeyindən paylaşım etdi - FOTO  |     16:17 Bəzi iqtisadi cinayətlər törədənlər üçün YENİ GÜZƏŞT  |     16:13 Azərbaycanda 7000 manat məbləğdə YENİ CƏRİMƏ müəyyənləşir  |     16:11 Bakıda 71 yaşlı kişi ağacdan yıxılıb öldü  |     16:05 DÇ-2026-da növbəti mərhələ şansını itirən daha bir komanda bəlli oldu  |     16:02 "Aylarla hazırlaşdım, qeydiyyatdan keçə bilmədim" – DİM ətrafında narazılıq artır  |     15:46 Bakı Şəhər Heyvanat Parkı ləğv edilərək yeni quruma birləşdirilir  |     14:20 Narkotik vasitənin təsir altında avtomobil idarə edən şəxs ifşa olundu  |     12:41 Keçmiş icra başçısına yeni vəzifə verildi - FOTO  |     12:36 Kişi yemək hazırlamayan arvadına telefonla vuraraq xəsarət yetirdi  |     12:21 Azərbaycan neftinin qiyməti 80 dollara düşüb  |     12:02 26 yaşlı Yevlax sakininin meyiti kanalda tapıldı  |     11:40 Soyuq hava axını bəzi xəstəlikləri kəskinləşdirə bilər: Sərinkeşdən istifadə qaydaları  |     11:32 Mərdəkanda dənizdə batan şəxslərin FOTOLARI  |     11:28 Bakıda bıçaqlanma: Şübhəli şəxs saxlanıldı  |     11:27 "Epşteyn işi"nin gizlinləri: Çatışmayan sənədlər və məxfi saxlanılan adlar  |     11:22 Azərbaycanda qumar oyunlarına görə cəzalar sərtləşdirilir  |     11:20 Azərbaycanda daşınmaz əmlakın dövlət kadastrı ilə bağlı MÜHÜM YENİLİK  |    
Left Banner
Right Banner

Milli Məclisdə orqan transplantasiyası ilə bağlı müzakirə

13.03.2019 11:19 2 944
Milli Məclisdə orqan transplantasiyası ilə bağlı müzakirə
Dünyada hər il təxminən 120 min orqan transplantasiyası həyata keçirilir.

Bunu Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov martın 12-də adıçəkilən komitənin orqan transplantasiyası ilə bağlı təşkil etdiyi dinləmələrdə çıxışı zamanı deyib.

O xatırladıb ki, dünyada orqan transplantasiyasının tarixi təxminən 50 ili əhatə edir:

“Artıq bir neçə ildir ki, Azərbaycanda orqan - ürək, böyrək, ciyər transplantasiyası həyata keçirilir. Ancaq istər dünyada, istər Azərbaycanda orqan transplantasiyasına daha çox ehtiyac duyulur. Yəni mövcud rəqəm arzulanan rəqəmlərlə, göstəricilərlə üst-üstə düşmür”.

Komitə sədri Azərbaycanda bu yöndə qanunun mövcud olduğunu bildirib və əlavə edib ki, artıq bu qanun yeni dövrün reallıqlarına cavab vermir:

“Ona görə də biz yeni qanun layihəsi üzərində çalışırıq. Qanun layihəsinin adı ilə bağlı müəyyən təkliflər, fikir ayrılıqları var. Mən fikrimi kiməsə qəbul etdirmək fikrində deyiləm, burada demokratikliyin tərəfdarıyam. Ancaq hesab edirəm, “toxumaları” sözü də qanunun adında olmalıdır. Bu, mənim mövqeyimdir”.

Adıçəkilən komitənin sədr müavini, yeni qanun layihəsinin müəlliflərindən olan Musa Quliyev sənədin beş fəsil və 36 maddədən ibarət olduğunu bildirib:

“Biz bu yöndə yeni qanuna ehtiyac gördük. Çünki köhnə qanun üzərində korrektələr aparmaqla, dəyişikliklər etməklə istənilən nəticə, effekt alınmır. Ona görə hesab etdik ki, yeni qanun layihəsi hazırlanmalıdır və artıq uzun müddətdir ki, onun üzərində işlər, təkmilləşdirmələr davam etdirilir.

Biz elə bir qanun olmasını və onun elə bir səviyyədə icraya yönəlməsini istəyirik ki, orqan transplantasiyası ilə qara fikirlərə, qara niyyətlərə yer, imkan qalmasın”.

Komitə sədrinin müavini deyib ki, xüsusilə meyitdən orqan transplantasiyası, köçürülməsi məsələsində ciddi maarifləndirməyə ehtiyac var:

“Bu məsələdə öncə cəmiyyətin tanınmış, öndə gedən adamları qabağa düşməli, bu məsələnin izahatını aparmalıdırlar. Çünki bu izahat, təbliğat, maarifləndirmə işləri aparılmasa, meyitdən orqan köçürülməsi (təbii ki, yaxın qohumların razılığı əsasında) məsələsi baş tutmayacaq”.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner